Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar
Bakı, 24 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb. Finaladək bütün görüşləri vaxtından əvvəl qələbə ilə başa vuran Yusif Abdullayev (38 kiloqram) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.
Elman İsmayılov (41 kiloqram) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb.
Məhəmməd Kərimov (44 kiloqram) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.
Adəm Quliyev (52 kiloqram) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə başa vurub.
Yusif Hüseynov (62 kiloqram) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.
Beləliklə, sərbəst güləş millimiz qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ödən gün Elvin Necəfzadə (85 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.