“Qarabağ” növbəti transferini reallaşdırıb
Bakı, 24 may, AZƏRTAC
"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakariya Savo ilə 3 illik müqavilə imzalayıb.
Mərkəz hücumçusu müqavilə ilə İsveçin “Yurqorden” klubuna məxsus olub. O, cari ilin yanvar ayından Kiprin AEL (Limassol) klubunda icarə əsasında çıxış edib.
Zakariya Savo karyerası ərzində İsveçin “BK Olimpik”, “Oskarshamns” və Norveçin “Start” klublarında oynayıb.
"Qarabağ" bunadək fransalı vinger Jali Muaddibi transfer edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]