“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub
Berlin, 24 may, AZƏRTAC
Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, kubok uğrunda turnirin Berlindəki “Olimpiya” stadionunda keçirilən final qarşılaşmasında Münxen təmsilçisi “Ştutqart” ilə üz-üzə gəlib. Oyunda “Bavariya” rəqibin qapısından üç cavabsız top keçirib. Komandanın heyətində Harri Keyn het-trik edib. O, matçın 55-ci, 80-ci və 90+2-ci dəqiqəsində (p) fərqlənib.
Beləliklə, bu mövsüm 35-ci dəfə çempionluğu bayram edən “Bavariya” 2020-ci ildən sonra ilk dəfə, ümumiyyətlə isə 21-ci dəfə Almaniya Kubokunun sahibi olub. Bundan başqa, komanda 2025-2026-cı mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 55 oyunun 46-da qələbə qazanıb. Mövsüm ərzində 6 görüşdə heç-heçə edən münxenlilər cəmi 3 görüşdə meydandan məğlub ayrılıblar. Bu nəticə klubun 2012-2013-cü illərin trebl mövsümündə müəyyən etdiyi rekordun təkrarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]