Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur
Bakı, 24 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, XXXIII turun son oyun günündə bir qarşılaşma keçiriləcək. “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq matçı İnqilab Məmmədov idarə edəcək.
“İmişli” turnir cədvəlində 33 xalla 9-cu pillədə qərarlaşıb. Premyer Liqanı tərk etməsi dəqiqləşən “Karvan-Yevlax” isə 14 xalla sonuncu – 12-ci sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Şamaxı”ya 3:1, “Sabah” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Sumqayıt”a 4:3, “Neftçi” “Kəpəz”ə 1:0, “Araz-Naxçıvan” isə “Zirə”yə 3:2 hesabı ilə qalib gəlib. “Sabah” mövsümü çempion olaraq başa vurub. “Qarabağ” 2-ci, “Turan Tovuz” 3-cü, “Neftçi” 4-cü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]