Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Astana, 24 may, AZƏRTAC

Bu yaxınlarda Astanadakı “Astana Opera” teatrında “Qıpçaq qızı Appak” milli operasının dünya premyerası olub. Süjet, taleyin hökmü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlanan qıpçaq qızı Appakın hekayəsinə əsaslanır. Operanın müəlliflərindən biri, bəstəkar Serikjan Abdinurov AZƏRTAC-a verdiyi müsahibədə əsərin yaradılması, Azərbaycan musiqi ənənəsinin rolu və bu əsərin əhəmiyyətindən bəhs edib.

- “Qıpçaq qızı Appak” operasının yaradılması ideyası necə əmələ gəldi və musiqi üzərində işinizdə sizin üçün əsas təkan nə oldu?

- Qazax klassiki Qabit Musrepov “Qıpçaq qızı Appak” adlı tarixi dramın müəllifidir. Bu dram hələ sovet dövründə “Prostor” jurnalında dərc olunub. Qabit Musrepov görkəmli qazax bəstəkarı Yerkegali Rahmadiyevlə dostluq edib və günlərin bir günü ona bu mövzuya müraciət etməyi təklif edib.

2010-cu ildə, artıq Astanada işlədiyimiz zaman Yerkegali Rahmadiyev mənə bu tarixi dram haqqında danışdı. Bundan sonra əsərin mətnini axtarmağa başladım və onu kitabxanada tapdım. Materialı oxumağa və öyrənməyə başladım və ideyanın özü məni dərhal maraqlandırdı. Burada musiqi üçün geniş imkanlar var idi: Qıpçaq çölünü, gündəlik həyatı, mədəniyyəti, Qıpçaq düşərgəsini, digər tərəfdən isə Nizaminin yaradıcılığı ilə əlaqəli Şərq dünyasını təsvir etmək mümkün idi.

Mənim üçün musiqidə iki obraz xəttini — Qıpçaq çölü və Şərqin musiqisini birləşdirmək xüsusilə maraqlı idi. Hadisələr XII əsrdə baş verir və bu, əsas personajların ariyaları, duetləri və leytmotivləri vasitəsilə təkcə tarixi süjeti deyil, həm də o dövrün mənəvi və mədəni atmosferini açmaq imkanı yaradırdı.

Bu ideya bizi ruhlandırdı, libretto müəllifi axtarmağa və tədricən operanı yaratmağa başladıq.

- Azərbaycan musiqisi həyatınıza necə daxil oldu və bu təcrübə operada Nizami obrazını yaratmaqda işinizə nə cür təsir etdi?

- Azərbaycan musiqisi ilə tanışlığım hələ Sovet dövründə başlayıb. 1985-1986-ci illərdə Azərbaycanda, Xırdalandakı hərbi hissədə xidmət etmişəm. Orkestrdə ifa edir, bazar günləri isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gedirdim. Bütün günü musiqi - pianoçuları, skripka, xalq çalğı alətləri ifaçılarını dinləməklə keçirirdim. Həmçinin tez-tez Üzeyir Hacıbəylinin ev-muzeyini də ziyarət edirdim.

O vaxtdan bəri Azərbaycan xalq musiqisinə, xalq çalğı alətlərinə və muğam sənətinə dərin sevgi bəsləmişəm. Ən sevdiyim bəstəkarlar arasında Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və Azərbaycan bəstəkarlıq məktəbinin digər nümayəndələri var.

Opera üzərində işləməyə başlayanda bütün bu musiqi təcrübəsi yenidən canlandı. Həmçinin Azərbaycan folklorunu, muğamlarını və ladlarını daha dərindən öyrənməyə başladım. Bu, qazax bəstəkarının Şərq və Azərbaycan musiqisini mənimsəməsi idi.

Nizami obrazı ilə əlaqəli musiqi nömrələri yaratdığımız zaman onların Azərbaycan melodiyalarına mümkün qədər yaxın səslənməsini istəyirdim.

Lakin bizim fərqli vokal mədəniyyətimiz var: çöl, geniş oxuma tərzi. Azərbaycan melizmləri və melodik inkişaf xüsusiyyətləri xüsusi bir məktəbdir və müğənnilərimiz bütün səylərinə baxmayaraq, onları tam şəkildə çatdırmaqda çətinlik çəkirdilər.

Nizaminin vokallarının Azərbaycan dilində səsləndirilməsi ilə bağlı variant var idi. Lakin müğənnilər düzgün tələffüz etməkdə çətinlik çəkirdilər. Dili təhrif etmək isə həm dilin özünə, həm də dinləyicilərə qarşı düzgün olmazdı. Buna görə də müşavirədə rejissor, direktor və dirijor bu fikirdən imtina etməyin ən yaxşı yol olduğuna razılaşdılar.

- Operada Azərbaycan musiqisinin ahəngini necə çatdırmağa çalışdınız və hansı çətinliklərlə qarşılaşdınız?

- Tamaşanın hazırlanması zamanı Azərbaycandan tenor dəvət etmək ideyası yarandı. Bu təklifi quruluşçu-rejissor Mixail Pandjavidze irəli sürdü. İdeya çox maraqlı idi, lakin bir sıra səbəblərə, o cümlədən maliyyə məsələsinə görə onu həyata keçirmək mümkün olmadı.

Praktik bir məsələ də var idi: dəvət olunmuş müğənni premyeranı ifa edib sonra teatrı tərk edə bilərdi, teatr isə daha sonra təkbaşına tamaşanı davam etdirməli idi. Belə bir halda, operanın sonrakı tamaşaları ilə bağlı çətinliklər yarana bilərdi. Buna görə də biz fərqli bir yanaşma seçdik.

- Operada xalq çalğı alətləri hansı rolu oynayır və onların vasitəsi ilə Qazax ilə Azərbaycan mədəniyyətləri arasındakı əlaqəni çatdırmaq necə mümkün olub?

- Rejissorun təklifi ilə teatr xüsusi olaraq türk və Qafqaz musiqi ənənələrinə xas olan şərq alətlərini əldə etdi. Onlar uzun müddət axtarıldı və nəhayət tapıldı.

Bundan əlavə, Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır və onların vasitəsilə teatr rəhbərliyi bir tar ifaçısı tapıb onu tamaşada çıxış etməyə dəvət edib. Operada iki xalq aləti yanaşı səslənir: Qazax dombrası və Azərbaycan tarı. Dombra qıpçaq mədəniyyətinin koloritini, tar isə Azərbaycan musiqisinin fərqli xüsusiyyətini əks etdirir. Bu birləşmə daxili harmoniya təşkil etdi.

Türk xalqları ortaq köklərə malikdir və alətlərin özləri bir çox cəhətdən oxşardır. Bu birləşmə ilə iki xalqın ortaq mədəniyyətini, tarixini və adət-ənənələrini vurğulamaq istədik.

- Operanın ideoloji əsası nədir?

- Əsas vəzifələrimdən biri tariximizin və mədəniyyətimizin ortaqlığını musiqi ilə göstərmək idi. Şərqin dahi şairi Nizami Gəncəvi və Qıpçaq qızı Appakın obrazları vasitəsilə biz sevgi, mənəvi və mədəni yaxınlıq mövzusunu açmağa çalışırdıq. Yayılmış versiyaya görə, Appak Nizaminin həyat yoldaşı, Məhəmməd isə oğlu idi.

Bizim üçün təkcə şəxsi hekayəni deyil, həm də daha geniş konteksti - Qazaxıstan ilə Azərbaycan arasındakı əlaqəni, türk xalqlarının tarixi köklərinin ortaqlığını, sülh və sabitlik ideyasını göstərmək vacib idi.

- Türk dünyasının birliyi ideyası mövzu ilə necə bağlıdır?

- Bu gün Türk dünyasının birliyi mövzusu xüsusi əhəmiyyət daşıyır. Bu yaxınlarda Hoca Ahmet Yasavinin məqbərəsinin yerləşdiyi tarixi şəhər olan Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Türk dünyası ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsinin rəmzinə çevrilib.

Müharibələrin mövcud olduğu bir dünyada bu dostluq və birlik jesti çox vacib idi. Məhz həmin vaxt operamız premyerasına hazırlaşırdı. O, Zirvə görüşündən bir neçə gün sonra, mayın 21 və 22-də baş tutdu. Buna görə də, onu, həmin əlamətdar hadisəyə yaradıcı cavab kimi də qəbul etmək olar.

Biz musiqişünaslarla geniş söhbət etdik və maraqlı bir nəticəyə gəldik: türkdilli dünyanın bəstəkarlıq məktəbləri — qazax, Azərbaycan, özbək və qırğız — əsasən öz milli qəhrəmanları haqqında operalar yaradırdılar.

Bizdə “Kız Jibek”, “Abay”, Azərbaycanda isə “Koroğlu” və digər əsərlər var. Lakin türkdilli dünyanı birləşdirəcək və bir neçə xalqın ortaq tarixini və mədəniyyətini nümayiş etdirəcək opera demək olar ki, yox idi.

Məncə, “Qıpçaq qızı Appak” ilk belə əsərlərdən biri ola bilər. Bu, türkdilli bəstəkarlıq məktəbində yeni bir sözdür. Biz bəstəkarın yalnız milli qəhrəmanlara deyil, həm də türk xalqlarının ortaq tarixi köklərinə müraciət etdiyi yeni bir dövrə qədəm qoyuruq.

Appak və Nizami kimi obrazlar Qazaxıstanla Azərbaycanı, eləcə də bütövlükdə Türk dünyasını birləşdirir.

Mən çox ümid edirəm ki, bu opera digər bəstəkarlıq məktəblərinə də təkan verəcək. Bundan sonra bəstəkarlar türkdilli xalqların ortaq tarixi köklərinə müraciət edərək, yeni simfoniyalar, baletlər və operalar yaradacaqlar. Türk xalqlarının birləşməsi layihəmizin əsas ideyalarından biridir.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib

Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın basketbol milliləri Avropa çempionatına Belarusda hazırlaşacaqlar

Müstəqillik Günü xalqımızın azadlıq iradəsinin simvoludur ŞƏRH