Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri qeyri-iş günlərində – 28, 29 may 2026-cı il tarixlərində fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri də 29 may 2026-cı il tarixində həyata keçiriləcəkdir.
Sahibkarlar qeyd edilən tarixlərdə müvafiq xidmətlərdən yararlanmaq üçün iş günlərində olduğu kimi aidiyyəti üzrə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:45]
“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
- 26.05.2026 [18:41]
Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib
- 26.05.2026 [17:48]
Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər
- 26.05.2026 [17:45]
Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli
- 26.05.2026 [17:00]
Rusiyanın Rostov vilayətindən Azərbaycana 43 ton qarışıq yem ixrac edilib
- 26.05.2026 [16:15]