Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13)

17 may 2026-cı il, Bakı, Azərbaycan Respublikası

Açılış

-Zati-aliləri, hörmətli nazirlər, üzv dövlətlərin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatı sistemindən olan həmkarlar, yerli və regional hökumətlərin, vətəndaş cəmiyyətlərinin, akademik dairələrin üzvləri və digər tərəfdaşlar.

Sədr kimi, bugünkü Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı qaldırılan əsas məsələlərin xülasəsini təqdim etməkdən şərəf hissi duyuram.

İcazə verin, bugünkü müzakirələrə töhfə verən bütün nazirlərə, nümayəndə heyətlərinin rəhbərlərinə, panellərin iştirakçılarına və digər iştirakçılara təşəkkürümü bildirim.

Mən, həmçinin nümayəndə heyətləri ilə birgə Azərbaycan hökumətinə və xalqına səmimi qonaqpərvərliyinə və 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən və bu günə qədər Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olan WUF13 tədbirinin Bakıda uğurlu təşkilinə görə minnətdarlığımı bildirirəm.

Nazirlərin həm WUF13-ə hazırlıq prosesində təqdim olunan innovativ yanaşmaları, o cümlədən şəhərsalma ilə bağlı müzakirələrin əhəmiyyətini daha da artıran ilk Liderlərin Bəyanatları Seqmentini, həm də Azərbaycan və BMT-Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarına ev sahibliyi etmək üçün operativ qaydalar üzərində əməkdaşlıq etmək niyyətini alqışladıqlarını da qeyd edirəm.

Biz, həmçinin adekvat mənzil təminatı və davamlı şəhərsalma üzrə beynəlxalq əməkdaşlıq üçün bu vacib platformanın təşkil edilməsində Zati-aliləri Prezident İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxın səylərini yüksək qiymətləndiririk.

Əsas ümumi mesaj

Bugünkü görüş çox mühüm bir vaxtda keçirildi. 2026-cı il Yeni Şəhər Gündəliyinin 20 illik icra dövrünün yarısının tamamlandığı mərhələdir. Kitoda qəbul edilməsindən 10 il sonra Yeni Şəhər Gündəliyi adekvat mənzil və inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlər və insan məskənlərinin inkişafı üçün həlledici bir çərçivə olaraq qalır. Eyni zamanda, bugünkü müzakirələr onu deməyə əsas verir ki, ikinci onillik yalnız yenilənmiş ambisiyalarla deyil, sürətləndirilmiş icra, daha güclü tərəfdaşlıq və insanların həyatında aydın görünən irəliləyişlə müəyyən edilməlidir.

Gün ərzində ortaya çıxan əsas mesaj budur: mənzil sadəcə sığınacaq demək deyil. Bu, insan hüququ, ləyaqət və sosial inteqrasiya üçün təməl, fürsətlər üçün hərəkətverici qüvvə, iqlim dəyişikliyinə dayanıqlılıq və davamlı şəhər inkişafı üçün praktik bir həll yoludur. WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda əks olunduğu kimi, adekvat mənzil təminatı Yeni Şəhər Gündəliyinin insanların gündəlik həyatında tətbiqi üçün ən aydın və ən təxirəsalınmaz başlanğıc nöqtələrdən biridir.

Milli bəyanatlardan əsas məqamlar

Səhər sessiyası zamanı nazirlər və nümayəndə heyətlərinin rəhbərləri icranın ilk onilliyi dövründəki milli təcrübələrini bölüşüblər.

Bir çox natiqlər milli inkişaf planları, mənzil siyasəti, ərazi planlaşdırılması qanunları, torpaqların idarə edilməsi siyasəti, inteqrasiya olunmuş ərazi çərçivə sənədləri, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə uyğunlaşdırılmış strategiyalar və milli hesabat prosesləri daxil olmaqla, davamlı şəhərsalma üçün milli siyasətin, hüquqi və planlaşdırma üzrə çərçivə sənədlərinin gücləndirilməsi sahəsində əldə edilmiş irəliləyişi vurğuladılar. Bəzi nümayəndə heyətləri, həmçinin genişmiqyaslı mənzil proqramları, əlverişli mənzil maliyyələşdirmə tədbirləri, infrastruktur investisiyaları, şəhərlərin bərpası, qeyri-rəsmi məskunlaşmaların təkmilləşdirilməsi, torpaq sahələrinin nizamlanması, iqlim dəyişmələrinə uyğunlaşmış planlaşdırma, rəqəmsal alətlər və daha güclü yerli idarəetmə sistemləri barədə məlumat veriblər.

Eyni zamanda, milli bəyanatlarda mövcud olan çağırışların miqyası barədə də danışılıb. Natiqlər çıxışlarında planlaşdırma, infrastruktur, mənzil təchizatı və xidmət göstərilməsini qabaqlayan sürətli şəhərsalmadan bəhs ediblər. Mənzil əlçatanlığı və çatışmazlığı geniş yayılmış problem kimi qeyd edilib və onun azgəlirli ailələrə, ortagəlirli qruplara, gənclərə, ilk dəfə ev alanlara, qeyri-rəsmi işçilərə, miqrantlara, məcburi köçkün statuslu əhaliyə və həssas icmalara təsir etdiyi bildirilib. Bəzi bəyanatlarda gecəqonduların qalması, təhlükəsiz mülkiyyət, adekvat olmayan ilkin xidmətlər, iqlim və fəlakət riskləri, maliyyələşdirmə məhdudiyyətləri, məlumat boşluqları və qeyri-bərabər institusional potensial da vurğulanıb.

Yeni Şəhər Gündəliyinin üç transformativ öhdəliyi arasında xüsusi diqqət sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün davamlı şəhər inkişafına yönəldilib. Natiqlər mənzil təminatını yoxsulluğun azaldılması, inteqrasiya, sabitlik, ləyaqət və imkanlara çıxışla əlaqələndiriblər. Bir çoxları mənzil siyasətinin kənarda qalma riski ən çox olanlara, o cümlədən azgəlirli ailələrə, qadınlara, gənclərə, yaşlılara, əlilliyi olan şəxslərə, miqrantlara, qeyri-rəsmi işçilərə, məcburi köçkün əhaliyə, gecəqondu sakinlərinə, böhran və ya iqlim risklərinin təsirlərinə məruz qalan icmalara çatmalı olduğunu vurğulayıb. Evsizlik də davamlı diqqət tələb edən bir məsələ kimi qeyd olunub və bəzi nümayəndə heyətləri adekvat mənzilə çıxışı genişləndirmək üçün ölkə səviyyəsində həyata keçirilən səylər barədə fikirlərini bölüşüblər.

Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı da əsas mövzu olub. Bəzi nümayəndə heyətləri mənzil, şəhərsalma, iqlim dəyişmələri ilə mübarizə tədbirləri və davamlı inkişaf arasındakı sıx qarşılıqlı əlaqələri qeyd ediblər. Bu, xüsusilə mənzil sistemlərinin dəniz səviyyəsinin qalxmasına, ekstremal hava hadisələrinə və iqlim maliyyələşdirməsinə məhdud çıxışa getdikcə daha çox həssas olan İnkişaf etməkdə olan kiçik ada dövlətləri timsalında daha aydın görünür. Nazirlər, həmçinin təmiz havanın təkcə ətraf mühit məsələsi olmadığını, həm də ictimai sağlamlıq, həyat şəraitinin səviyyəsi və davamlı şəhərsalma məsələsi olduğunu vurğulayıblar.

Davamlı və inklüziv şəhər inkişafı və imkanlarına da digər iki öhdəlik qədər olmasa da, müəyyən diqqət yetirilib. Bəzi natiqlərə görə, mənzil iş yerlərinə, dolanışıq vasitələrinə, məhsuldarlığa, mobilliyə və yerli iqtisadi inkişafa çıxışa təsir edir. Bununla belə, mənzil təminatının iqtisadi rolu daha az diqqət çəkib və Yeni Şəhər Gündəliyinin icrasının növbəti mərhələsində daha tam şəkildə həll edilməsi lazım ola bilər.

Milli bəyanatlarda mənzillə bağlı bir sıra mövzular da diqqət mərkəzində olub. Əlçatanlıq, dayanıqlılıq, qeyri-rəsmi məskunlaşmalar və iqlimlə mənzil arasında əlaqə ən çox qaldırılan məsələlər arasında yer alıb. Natiqlər mülkiyyət təhlükəsizliyini, əsas xidmətlərə çıxışı, ictimai və sosial mənzilləri və yaşayışa yararlılığı da vurğulayıblar. Məkan, əlçatanlıq və mədəni adekvatlıq da daxil olmaqla, adekvat mənzil təminatının digər aspektlərinə daha az toxunulub və bunların gələcəkdə aparılacaq müzakirələrin və icranın subyekti ola biləcəyi bildirilib.

Bir daha vurğulanıb ki, mənzil məsələsini təcrid olunmuş şəkildə həll etmək mümkün deyil. Natiqlər mənzili torpaq, infrastruktur, nəqliyyat, xidmətlər, iş yerləri, sosial müdafiə, ictimai məkanlar, iqlim tədbirləri və yerli iqtisadi inkişafla əlaqələndirən inteqrasiya olunmuş və məkan əsaslı yanaşmaların tətbiq olunmasına çağırıblar. Bəzi natiqlər, həmçinin ikinci dərəcəli şəhərlər, kiçik şəhərlər, şəhər-kənd arasında olan əlaqələr və balanslaşdırılmış ərazi inkişafı barədə danışıblar. Bu xüsusda natiqlər, həmçinin vurğulayıblar ki, davamlı və inklüziv şəhər inkişafında tarixi və mədəni irsinin qorunması nəzərə alınmalıdır.

Milli və regional şəhər forumları qabaqcıl təcrübələrin mübadiləsi, tərəfdaşlıqların gücləndirilməsi və müxtəlif kontekstlərə uyğunlaşdırıla və genişləndiriləbilən həll yollarının müəyyənləşdirilməsi üçün vacib platformalar kimi qiymətləndirilib. Natiqlər, həmçinin hökumət, akademik dairələr, vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, icmalar və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bəzi natiqlər müharibələrin, münaqişələrin və fəlakətlərin şəhərlərə, mənzil, infrastruktur və təməl xidmətlərə təsirini, eləcə də köçkünlük və humanitar çətinliklər barədə danışıblar. Nümayəndə heyətləri, həmçinin münaqişədənsonrakı dövrdə aparılan yenidənqurma və bərpa proseslərinin vacibliyinə toxunublar. Bu xüsusda onlar oxşar kontekstlərdə aktual ola biləcək nümunə kimi, münaqişədənsonrakı yenidənqurma sahəsində Azərbaycanın təcrübəsini alqışlayıblar və bu səylərdə Azərbaycanla həmrəyliklərini ifadə ediblər. Nazirlər, həmçinin WUF13-də Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birgə əməkdaşlıqla hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı, davamlı yaşayış məskənləri” təşəbbüsünün planlaşdırılan təqdimatını alqışlayıblar. WUF13-də davamlı bərpa üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən etməyi və həssas ölkələrin beynəlxalq inkişaf və iqlim maliyyələşdirməsinə daha geniş çıxışını asanlaşdırmağı hədəfləyən 4SRP təlimatlarını və meyarlarını hazırlamaq vəzifəsi daşıyan xüsusi bir işçi qrupunun yaradılmasının planlaşdırılmasına dəstək ifadə edilib.

Səmərəli icranın əsas hərəkətverici amilləri arasında idarəetmə, planlaşdırma və maliyyələşdirmə xüsusi vurğulanıb. Nümayəndə heyətləri daha yaxşı çoxsəviyyəli koordinasiya, səlahiyyətləndirilmiş yerli hökumətlər, daha güclü planlaşdırma sistemləri və daha proqnozlaşdırılabilən maliyyələşdirmənin tətbiq olunmasına çağırış ediblər. Layihənin hazırlanması, icrası və şəhər monitorinqinin dəstəklənməsi də daxil olmaqla, bacarıqların artırılması dəfələrlə vurğulanıb. Rəqəmsal texnologiyalar digər icra hərəkətverici qüvvələrinə nisbətən daha az qeyd edilib ki, bu da əlavə mübadilə, praktik tövsiyələr və bacarıqların inkişafının faydalı ola biləcəyi bir sahəni göstərir.

Milli bəyanatlarda növbəti onilliyin öhdəliklərdən daha genişmiqyaslı şəkildə icraya keçməli olduğu vurğulanıb. Bu, daha güclü maliyyə, daha güclü qurumlar və daha güclü tərəfdaşlıq tələb edəcəkdir. Bu, həmçinin milli öhdəlikləri insanların həyatında nəzərəçarpacaq irəliləyişlərə çevirməyə imkan verən praktik vasitələr, yerli potensial, məlumat sistemləri və hesabatlılıq mexanizmləri tələb edəcəkdir.

Üç panel müzakirədən əsas məqamlar

Günortadan sonrakı panellərdə bu müzakirələr Yeni Şəhər Gündəliyinin üç transformativ öhdəliyi prizmasından daha geniş təhlil edilib.

Sosial inteqrasiya üçün mənzil və yoxsulluğun aradan qaldırılması mövzusunda keçirilən birinci paneldə torpaq və mənzilin insan hüquqları və sosial və şəhər ədalətinin sütunları kimi qəbul edilməli olduğu vurğulanıb. Natiqlər bildiriblər ki, müzakirələr yalnız mənzillərin sayı ətrafında deyil, mənzilin keyfiyyəti, icmaların gücü və insanları iş, təhsil, xidmətlər və imkanlarla əlaqələndirən sosial infrastruktur məsələlərin həlli üçün aparılmalıdır.

Bu panel sessiyada mənzil, infrastruktur, yoxsulluğun azaldılması və dayanıqlılığı özündə ehtiva edən inteqrasiyaolunmuş yanaşmalar vasitəsilə qeyri-rəsmi yaşayış məntəqələrinin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Natiqlər, həmçinin özəl investisiyaların mühüm rol oynadığını, lakin ictimai maraqlarla uyğunlaşdırılmalı və gentrifikasiyaya və ya əhalinin yerdəyişməsinə səbəb olmamalı olduğunu diqqətə çatdırıblar.

Şəhərlərin inkişafı üçün mənzil təminatı və hamı üçün imkanlar mövzusunda keçirilən ikinci panel sessiyada mənzil təminatı əsas iqtisadi və sosial infrastruktur kimi vurğulanıb. Natiqlər mənzil siyasətinin insan mərkəzli və tələbatyönümlü, iş yerləri, təhsil, səhiyyə, nəqliyyat, təhlükəsizlik, xidmətlər və yerli dolanışıqla əlaqəli olmalı olduğunu bildiriblər. Bu paneldə mənzil təminatının təcrid olunmuş layihələrdən miqyaslı, əlaqələndirilmiş şəhərmiqyaslı və ölkəmiqyaslı sistemlərə keçməli olduğu qeyd edilib.

İştirakçılar, həmçinin əlverişli torpaq sahələrinin təqdim olunmasının, inklüziv və çevik maliyyələşdirmə sistemlərinin gücləndirilməsinin, qeyri-rəsmi yaşayış yerlərinin iqtisadi rolunun tanınmasının zəruruliyini vurğulayıblar. Ən kasıb sakinləri nəzərə alan şəhər hər kəs üçün daha yaxşı şəhərdir.

Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı üçün mənzil məsələsinə həsr olunmuş üçüncü panel sessiyada iqlim böhranının həm də mənzil böhranı olduğu vurğulanıb. Natiqlər qeyd ediblər ki, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan artıq insan ekstremal hava hadisələrinə çox məruz qalır və adətən əsas xidmətlərə çıxışdan məhrum olur. Bu panel sessiyada evlərin və infrastrukturun necə planlaşdırılması, tikilməsi, təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı qərarların emissiyaları azalda, dayanıqlığı gücləndirə və eyni zamanda, həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini diqqətə çatdırılıb.

İştirakçılar milli iqlim strategiyaları, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr, Milli Uyğunlaşma Planları və uzunmüddətli strategiyalar da daxil olmaqla, mənzil siyasəti ilə iqlim siyasəti arasında daha sıx uyğunlaşmaya çağırış ediblər. Onlar, həmçinin daha çox iqlim maliyyələşdirilməsinə, daha güclü yerli potensiala, daha yaxşı layihə hazırlığına, çoxsəviyyəli idarəetməyə və icmalar, yerli hökumətlər, inkişaf bankları, mənzil birlikləri və özəl sektorla tərəfdaşlığa ehtiyac olduğunu vurğulayıblar.

Növbəti onillik üçün prioritetlər

Gün ərzində aparılan müzakirələrdə Yeni Şəhər Gündəliyinin icrasının qalan onilliyi üçün bir neçə prioritet ortaya çıxıb.

Birincisi, adekvat, əlverişli, təhlükəsiz və iqlim dəyişmələrinə davamlı mənzil təminatı, o cümlədən sosial mənzil, kirayə mənzil, ictimai mənzil təminatı, icmaəsaslı yanaşmalar, aşağı və ortagəlirli ailələrə dəstək vasitəsilə milli və yerli inkişaf strategiyalarının mərkəzində yerləşdirilməlidir.

İkincisi, öhdəliklər icra mexanizmləri ilə uyğunlaşdırılmalıdır. Bu, daha aydın hesabatlılıq, texniki dəstək, layihənin hazırlanması, məlumat sistemləri və ölçüləbilən izləmə tələb edir.

Üçüncüsü, əlverişli mənzil təminatı maliyyəsi, bələdiyyə maliyyəsi, iqlim və inkişaf maliyyəsi, güzəştli maliyyə, qarışıq maliyyələşdirmə, özəl sektor tərəfdaşlığı, həssas ölkələr və regionlar üçün proqnozlaşdırılabilən dəstək daxil olmaqla, şəhər maliyyələşdirilməsi gücləndirilməlidir.

Dördüncüsü, mənzil təminatı daha geniş şəhər və ərazi planlaşdırması ilə inteqrasiya olunmalı, bu, onu torpaq, infrastruktur, xidmətlər, mobillik, iş yerləri, ictimai məkanlar, sosial siyasət, iqlim dəyişikliyinə davamlılıq və yerli iqtisadi inkişafla əlaqələndirməlidir.

Beşincisi, şəhərlər və icmalar enerjiyə qənaət edən binalar, su və sanitariya, davamlı mobillik, təmiz enerji, daşqınların idarə olunması, sahilyanı ərazilərin dayanıqlılığı, fəlakət risklərinin azaldılması və risklərə əsaslanan köçürülmə daxil olmaqla, dayanıqlı, yaşıl və azkarbonlu infrastruktura daha çox investisiya qoyuluşuna ehtiyac duyurlar.

Altıncısı, yerli hökumətlərin daha güclü çoxsəviyyəli idarəetmə, bələdiyyə potensialı, maliyyə mərkəzsizləşdirilməsi, iştirakçı planlaşdırma, şəhər və regionların qərar qəbuletmədə daha aydın rolları vasitəsilə səlahiyyətləri artırılmalıdır.

Nəhayət, icra insanlara yönəlmiş və inklüziv olaraq qalmalı, xüsusilə qadınlara, gənclərə, yaşlılara, əlilliyi olan şəxslərə, miqrantlara, köçkün əhaliyə, qeyri-rəsmi işçilərə, aztəminatlı ailələrə, gecəqondu sakinlərinə, torpaqsız icmalara, böhran və ya iqlim risklərinə məruz qalan icmalara xüsusi diqqət yetirilməlidir.

Yekun

Zati-aliləri, həmkarlar.

Bugünkü müzakirələr Yeni Şəhər Gündəliyinin yalnız aktual deyil, həm də zəruri olduğunu bir daha təsdiqlədi. İcranın ilk onilliyi mühüm təcrübələr, dərslər və tərəfdaşlıqlar yaratdı. İkinci onillik indi daha genişmiqyaslı şəkildə icra ilə müşayiət olunmalıdır.

Bu Nazirlər Görüşündən irəli gələn mesajlar WUF13, “Bakı Fəaliyyətə Çağırış” sənədi və 2026-cı il iyulun 16-17-də Nyu-Yorkda keçiriləcək Yeni Şəhər Gündəliyinin aralıq icmalı ilə bağlı Baş Assambleyanın Yüksək Səviyyəli Görüşünə hazırlıqlarda geniş müzakirələrə yol açacaq.

Sədr kimi, bugünkü iclasdan bu aralıq dövrdən yalnız nəticələri qiymətləndirmək üçün deyil, həm də siyasi öhdəlikləri yeniləmək, icranı gücləndirmək və davamlı şəhər inkişafının mərkəzinə adekvat mənzil təminatını yerləşdirmək üçün istifadə etmək məqsədilə açıq bir çağırış eşidirəm.

Gəlin, 2036-cı ilə qədər şəhərləri və yaşayış məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etmək üçün birlikdə çalışmaq istiqamətində bu dinamikanı Bakıdan Nyu-Yorka aparaq və öhdəlikdən fəaliyyətə keçirək.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq