DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 26 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev iyunun 12-si saat 11:00-da Sumqayıtda şəhər sakinlərini qəbul edəcək.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
“Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, iyunun 5-dək fondun Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, - deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 26.05.2026 [18:52]
FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib
- 26.05.2026 [18:42]