Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib
Bakı, 26 may, AZƏRTAC
Əvvəllər səsvermə bülletenlərinin çap prosesi bir məkanda həyata keçirilirdi. Lakin son iki ildə çap imkanları daha da genişləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov mayın 26-da 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasda deyib.
“Əgər əvvəllər bu prosesə 20-25 gün vaxt sərf olunurdusa, hazırda həmin iş təxminən iki həftə ərzində başa çatdırılır. Bu isə seçici siyahılarının çapı üçün tələb olunan vaxtın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub və nəticədə seçki komissiyalarının iş imkanları artıb. Seçki komissiyalarına seçici siyahılarının dürüstləşdirilməsi prosesinə daha çox vaxt ayırmağa imkan yaradılıb”, - deyə sədr müavini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [16:36]
Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
- 26.05.2026 [16:29]
MSK sədri: Azərbaycan seçicilərə geniş hüquqlar yaradan ölkədir
- 26.05.2026 [15:25]
Azərbaycanda seçici sayı açıqlanıb, ən yaşlı seçicilər məlum olub
- 26.05.2026 [14:32]
Azərbaycanın Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib
- 26.05.2026 [13:53]