Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib
Bakı, 26 may, AZƏRTAC
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toxuculuq sahəsində tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, həmin standartlar aşağıdakılardır:
• AZS ISO 1833-3:2026 (ISO 1833-3:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 3-cü hissə: Asetatın digər müəyyən liflərlə qarışığı (asetondan istifadə üsulu)”.
• AZS ISO 1833-5:2026 (ISO 1833-5:2006) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 5-ci hissə: Viskoza, kupro və ya modal lifləri ilə pambıq liflərinin qarışıqları (natrium sinkatdan istifadə üsulu)”.
• AZS ISO 1833-8:2026 (ISO 1833-8:2006) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 8-ci hissə: Asetat və triasetat liflərinin qarışığı (asetondan istifadə üsulu)”.
• AZS ISO 1833-12:2026 (ISO 1833-12:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 12-ci hissə: Akril, bəzi modakrillər, bəzi xlorliflər, bəzi elastan liflərinin digər müəyyən liflərlə qarışıqları (dimetilformamid istifadə olunan üsul)”.
• AZS ISO 1833-18:2026 (ISO 1833-18:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 18-ci hissə: İpəyin yun və ya digər heyvan tükləri ilə qarışığı (sulfat turşusundan istifadə üsulu)”.
• AZS ISO 1833-19:2026 (ISO 1833-19:2006) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 19-cu hissə: Sellüloza lifləri ilə asbest qarışığı (qızdırılma üsulu)”.
• AZS ISO 1833-22:2026 (ISO 1833-22:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 22-ci hissə: Viskoz və ya müəyyən növ kupro və ya modal və ya liyosell ilə flaks lifləri qarışığı (qarışqa turşusu və sink xloriddən istifadə üsulu)”.
• AZS ISO 1833-25:2026 (ISO 1833-25:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 25-ci hissə: Poliesterin digər müəyyən liflərlə qarışığı (trixlorasetat turşusu və xloroformdan istifadə üsulu)”.
• AZS ISO 1833-26:2026 (ISO 1833-26:2020) “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 26-cı hissə: Melaminin digər müəyyən liflərlə qarışığı (isti qarışqa turşusundan istifadə üsulu)”.
Bu dövlət standartlarının qəbulunda məqsəd tekstil məhsullarının tərkibinin düzgün və dəqiq müəyyənləşdirilməsi, onların təhlükəsizliyinin təmin olunması və beynəlxalq tələblərə uyğunlaşdırılmasından ibarətdir.
Sözügedən dövlət standartı layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi”nin standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.