“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib
Bakı, 26 may, AZƏRTAC
“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər.
Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər.
Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.
Qeyd edək ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara dəstəkyönümlü layihə və aksiyaların təşkili davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:42]
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb
- 26.05.2026 [18:17]
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər
- 26.05.2026 [18:05]
Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb
- 26.05.2026 [17:44]