Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİLƏR YENİ ƏRAZİ İDDİASINDADIRLAR

Paris, 27 iyul ( AZƏRTAC ). “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq kimi mənasız xülyalara qapılmış ermənilər yeni ərazi iddiasındadırlar.

Türkiyəyə qarşı daim ərazi tələbi irəli sürən, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərin budəfəki hədəfi Gürcüstanın Cavaxetiya bölgəsidir. Onlar artıq bunu gizlətməyərək, Cavaxetiya regionunun tarixən ermənilərə məxsus olduğunu açıq şəkildə bildirirlər. Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetinin 25 iyul tarixli nömrəsində yer almış “Biz Cavaxetiliyik” yazısı bunu əyani şəkildə sübut edir.

Məqalə aşağıdakı cümlə ilə başlayır: “Cavaxetiya Qarabağ kimi ermənilərin tarixi vətəni olmuş, sonralar bu ərazi Gürcüstana verilmişdir”. Burada iki məqam qeyd edilməlidir. Birincisi, ermənilər bilərəkdən Dağlıq Qarabağ deyil, Qarabağ terminini işlətmişlər. Kimsə elə düşünməsin ki, məqalədə Dağlıq Qarabağ əvəzinə Qarabağ getməsi mətbəənin xətasıdır. Tarixi saxtalaşdırmaqda ad çıxamış ermənilər düşünülmüş şəkildə Qarabağ sözünü işlətmişlər. Bununla onlar Cənubi Qafqaz bölgəsinin tarixi və xəritəsi barədə demək olar ki, heç bir məlumatı olmayan dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa iddialarını indi daha böyük ərazini əhatə edən Qarabağla əvəz etməklə, öz çirkin niyyətlərini bir daha büruzə vermişlər. Çoxlarına məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi Qarabağda yerləşir. Qarabağ bölgəsində Dağlıq Qarabağdan əlavə ona bitişik onlarla Azərbaycan rayonu vardır.

İkinci məqam, ermənilərin Cavaxetiyaya qarşı iddiaları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə bağlı səsləndirdikləri sərsəm fikirlərlə eyni ssenari təşkil etməsidir. Qonşu dövlətlərin torpaqları hesabına öz ərazilərini genişləndirmək kimi çirkin xülyalara qapılmış ermənilər Dağlıq Qarabağın da tarixən onların ərazisi olması və sovet hakimiyyətinin ilk illərində onun guya zorla Ermənistandan qoparılaraq Azərbaycana birləşdirilməsi kimi sərsəm fikirlər səsləndirmiş və hətta bu gün də bu iddiadan əl çəkmirlər. Göründüyü kimi, Dağlıq Qarabağın və Cavaxetiyanın tarixi erməni torpağı olması barədə eyni ssenaridən çıxış edən ermənilər Azərbaycan kimi Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirlər. Emənilərin bu iddialarının qarşısı vaxtında alınmasa, Gürcüstanda ikinci Dağlıq Qarabağ hadisəsinin baş verməsi qaçılmaz olacaqdır.

Dağlıq Qarabağ kimi Cavaxetiya bölgəsində də ermənilərin yığcam şəkildə yaşamasına işarə edilən məqalədə deyilir: “Bu gün əyalətin əhalisinin 90 faizi ermənilərdən ibarətdir. Vaxtilə ermənilərin tarixi ərazisi olmuş əyalət cənub-şərqdə 45 kilometr Ermənistanla, cənub-qərbdə 90 kilometr Türkiyə ilə həmsərhəddir. Cavaxetiya Gürcüstanda yeganə erməni əyalətidir ki, 1829-cu il sentyabrın 2-də Anadoluda Osmanlı imperiyası ilə çar Rusiyası arasında bağlanmış sülh sazişinə əsasən Rusiyaya birləşdirilmişdir. Əyalətin əhalisi əsasən osmanlıların zülmündən - Qarsdan, Ərzurumdan və Bəyaziddən qaçmış ermənilərdən ibarətdir. Hazırda Cavaxetiyada 200 min erməni yaşayır. Onların əksəriyyəti qərbi ermənistanlıdır”.

Göründüyü kimi, ermənilər Türkiyənin Van gölü ətrafındakı torpaqlarının vaxtilə qərbi Emənistanın əraziləri olmasına dair sərsəm iddialarını gizlətmirlər. Bütün dünyaya türklərin ermənilərə qarşı uydurma “soyqırımı” təşkil etmələri, Türkiyəyə qarşı ərazi iddiasında olmaları barədə səs salan ermənilərin Türkiyə ilə sərhədlərin açılmasına hər vəchlə çalışmaları bu xalqın məntiqsizliyindən, xəstə düşüncə tərzinə malik olmasından xəbər vermirmi?

Məqalədə bildirilir ki, əyalət əsas üç rayon mərkəzindən - Axaltsixedən, Axalkalakidən və Ninotsmindadan ibarətdir. Gürcüstan rəsmiləri bölgədə separatçı meyillərin güclənməsini bəhanə gətirərək, bu rayonlarda mexseti türklərini yerləşdirmiş və beləliklə, etnik qruplar arasında qarşıdurma üçün zəmin yaratmışdır. Bu fikirdə yenə növbəti erməni riyakarlığı və fitnəkarlığı özünü göstərir. Məqalədə nədənsə mexseti türklərinin vaxtilə Gürcüstanda yaşadıqları, Stalin tərəfindən deportasiyaya məruz qalaraq öz doğma ata-baba yurdlarından zorla çıxarılaraq, sürgün edilmələri barədə bir kəlmə belə deyilmir. Digər tərəfdən isə, öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran ermənilərdən soruşan yoxdur ki, etnik təmizləmə siyasəti aparmış Ermənistanda bu gün nə üçün bir nəfər də olsun azlıq təşkil edən millətin nümayəndəsi qalmamışdır?

Ermənilərin ərazi iddialarında olmalarını “əsaslandıran” məqalədə qeyd olunur ki, əgər belə davam etsə, tezliklə Cavaxetiya da vaxtilə ermənilərin olmuş Naxçıvan kimi Ermənistan xəritəsindən silinəcəkdir. Bu sərsəm iddiada da ermənilərin tarixi saxtakarlıqları özünü bir daha göstərir. Bu yaxınlarda 5 min illiyini qeyd etməyə hazırlaşan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dair ermənilərin iddiaları ilk dəfə deyil ki, səslənir. Tarixdən xəbərdar olmayan ermənilərin dəfələrlə xarici mətbuat səhifələrindən, Avropa Şurasının və digər beynəlxlaq təşkilatların tribunalarından Naxçıvanın Ermənistan ərazisi olması barədə səsləndirdikləri sərsəm fikirlər alimlərimiz, deputatlarımız tərəfindən zəngin tarixi faktlarla qətiyyətlə təkzib edilmişdir.

Məsələnin düşündürən tərəfi ermənilərin bəri başdan Cavaxetiyanı “özünküləşdirməsi”dir. Görəsən, Cavaxetiya nə vaxt ermənilərin olmuşdur ki, onlar bu ərazi “tezliklə Ermənistan xəritəsindən silinəcəkdir” deyə belə səs-küy qaldırmışlar?

Məqalədən Ermənistandakı erməniləri qızışdıran, onları yerindən oynadaraq yeni ərazilər iddiasına salan və nəhayət onlara zəhər verən ilanın kimliyi açıq şəkildə göstərilir. Bu, xaricdə fəaliyyət göstərən güclü erməni lobbisidir: “Diaspora Arsax kimi Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin də müdafiəsinə qalxmaqla öz rolunu oynamalıdır”. Buradan aydın olur ki, Dağlıq Qarabağ hadislərinin baş verməsində xarici ölkələrdəki erməni diasporu əsas rol oynamışdır. 1988-ci ilin əvvəllərində Fransadakı erməni lobbisi Azərbaycanda separatçılar tərəfindən törədilmiş məlum hadisələrdə bilavasitə iştirak etməsə də, onun təşkilatçılarını maliyyələşdirmək və mənəvi dəstək verməklə, münaqişənin daha da gərginləməsinə çalışmışdır. Bir budaqda oturub min budağı silkələyən erməni diasporu bununla öz əməlləri ilə sadə erməniləri yerindən oynatmış və onları mərhumiyyətlərə düçar etmişdir.

Məqalənin sonunda yeni bir ilan yuvasının - 2009-cu ildə yaradılmış və Fransanın Alforvil şəhərinin Madrid küçəsində lövbər salmış Fransa-Cavaxhi Assosiasiyasının məhz Cavaxetiya bölgəsindəki erməniləri müdafiə etmək adı altında onu Gürcüstandan ayırıb Ermənistana birləşdirmək kimi məkrli bir ideyanı həyata keçirməyə dair çağırışlar səsləndirməsi qonşuya xəyanətdən başqa bir şey deyildir.

Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları xülyasına düşmüş, başları xam xəyallarla dumanlanan ermənilərin nə vaxtsa burunları möhkəm ovulacaq və tarixi saxtalaşdırdıqlarına görə layiqli cavablarını alacaqlar.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişafı istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan