Firudin Qurbanov BDU-da bir qrup tələbə ilə görüşüb
Bakı, 4 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Firudin Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsindən bəhs edib. O, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb, Vətənə, dövlətə sədaqətlə xidmətin və milli-mənəvi dəyərlərə hörmətin önəmini xüsusi vurğulayıb.
Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan Firudin Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişləri daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Eyni zamanda, tələbələri universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində daha fəal olmağa çağırıb.
Sonda tələbələrin arzu və istəkləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Firudin Qurbanov onların suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [12:21]
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib
- 14.02.2026 [11:37]
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır
- 14.02.2026 [02:31]
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
- 13.02.2026 [17:14]
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]
Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır
- 13.02.2026 [20:20]
Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
- 13.02.2026 [20:16]
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib
- 13.02.2026 [19:34]
Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb
- 13.02.2026 [19:22]