Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Gömrük Akademiyası Azərbaycanda pandemiya şəraitində məsafədən təhsil prosesi ilə bağlı tədqiqat layihəsini təqdim edib

Bakı, 12 yanvar, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.

DGKA-dan AZƏRTAC-a bildirilib ki, konfrans Gömrük Akademiyası tərəfindən Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemlərini və imkanlarını araşdırmaq məqsədilə həyata keçirilən, yerli və xarici ekspertlərin cəlb olunduğu layihənin hesabatının təqdimatına və məsafədən təhsilin problemlərinin müzakirəsinə həsr olunub.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı, Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının (YÖKAK) müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu, Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və şura üzvləri, Təhsil Nazirliyinin Ali Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dillər Universiteti (ADU), həmçinin Mingəçevir Dövlət Universiteti (MDU), Naxçıvan Dövlət Universiteti (NDU), Sumqayıt Dövlət Universiteti (SDU) və digər bir sıra respublika və region ali təhsil müəssisələri də olmaqla, ümumilikdə 25 ali təhsil müəssisəsinin prorektorları, o cümlədən tədris hissələrinin müdirləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Akademiya rəisi Qulu Novruzov konfrans iştirakçılarını salamlayaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətindən güc, inam alan şanlı Azərbaycan Ordusunun qələbəsindən söz açıb. Q.Novruzov layihə barədə danışaraq sözügedən tədqiqatın Azərbaycanda təhsilin onlayn tədrisə keçidi ilə bağlı aparıldığını, pandemiya şəraitində Azərbaycan ali məktəblərində məsafədən təhsilin problemləri ilə bağlı olduğunu bildirib. O, layihənin nəticələrinin Azərbaycanda təhsil alan 4 minə yaxın tələbənin sorğusu əsasında aparılmış tədqiqat, təhlil əsasında hazırlanmış hesabat olduğunu deyib.

Bildirib ki, Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən verilən müvafiq qərarlar əsasında 2020-ci il martın 3-dən Azərbaycanda təhsilin onlayn formatda təşkili ilə bağlı addımlar atılmağa başlanıb: “Azərbaycanda təhsil ictimaiyyəti, dünyanın bir çox yerlərində olduğu kimi, hazır deyildi. Çoxsaylı suallar, yanaşmalar ortaya çıxdı və bir çox hallarda prosesin gedişatı boyunca təhsilin keyfiyyətinin artırılması üçün mümkün olan nələr varsa, ali məktəblər öz imkanları çərçivəsində müəyyən etdi. Bu sahədə, təbii ki, Təhsil Nazirliyi tərəfindən də aparılan müvafiq işlər, koordinasiya prosesini qeyd etmək yerinə düşərdi”.

Layihənin həyata keçirilməsi zaman Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ-da bu sahədə aparılan tədqiqatlarla, akademik işlərlə tanış olunduğunu diqqətə çatdıran akademiya rəisi dünyanın bir çox ölkələrində oxşar göstəricilərə rast gəlindiyini, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə onlayn təhsilin təmin edilməsində internetin keyfiyyəti ilə bağlı problemlər yaşandığını qeyd edib. Q.Novruzov konfransda maraqlı fikir mübadiləsi və müzakirələrin olacağına əmin olduğunu bildirib.

Layihə müəllifləri - Gömrük Akademiyasının Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova və təhsil eksperti Könül Abaslı layihə barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Tədqiqatda məqsədə çatmaq üçün qoyulan suallar, əldə edilən nəticələr haqqında danışıblar. Qeyd edilib ki, tədqiqatın nəticələri elmi məqalə formatında beynəlxalq jurnalda nəşr olunacaq.

Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlu Türkiyədə, həmçinin dünyada pandemiya dövründə ali məktəblərdə onlayn tədrisin təşkilindən danışıb. B.Akkoyunlu distant təhsilin, onlayn tədrisin yaratdığı çətinliklər və texniki problemlərin yaratdığı sıxıntılardan söz açıb. O, pandemiyanın dünyada 2 milyard tələbəni və 195 ölkəni əhatə etdiyini vurğulayıb. Pandemiya dövründə onlayn təhsilin yaratdığı problemlərdən danışan B.Akkoyunlu bu sahədə yaranan çətinliklərdən söz açıb. Mart ayından başlayaraq Türkiyədə pandemiya dönəmində təhsilin təşkili, bu prosesin həyata keçirilməsi üçün görülən işlərə toxunub. Bu dövrdə istifadə olunan proqramlardan söz açan professor “Zoom”, “Microsoft Teams” və digər oxşar proqramların istifadə olunduğunu bildirib. O, pandemiya dövründə Türkiyə universitetlərində uzaqdan tədrisin təşkilinin araşdırılması mərkəzlərinin də yaradıldığını bildirib. B.Akkoyunlu öz çıxışında pandemiya sonrası tədrisin təşkili ilə bağlı gözlənilən dəyişiklərdən də söz açıb, yeni təhsil siyasətinin, tədris proqramlarının zəruri olduğunu qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı konfransın əhəmiyyətindən söz açaraq layihə müəlliflərinə təşəkkür edib. O, pandemiya şəraitində yaranan çətinliklərə toxunaraq, Azərbaycan təhsil sisteminin bu vəziyyətdən çıxa bildiyini deyib. Böhranların həm də yeni imkanlar və çıxış yolları axtarılıb tapılmasına gətirib çıxardığını deyən M.Qasımlı bu dövrdə həmçinin diqqətin yeni texnologiya və internetin imkanlarının inkişafına yönəldiyini qeyd edib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov layihənin və konfransın mövzusunun çox vacib və aktual olduğunu bildirib. Pandemiya dövründə təhsillə bağlı keçirilən videokonfranslardan danışan Ş.Əsgərov bu dövrdə tədrisin təşkilindən söz açıb. Pandemiyanın elmi, akademik, sosial və digər istiqamətlərdə yaratdığı çətinliklərə toxunan şura sədri distant təhsillə bağlı qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov konfrans və onlayn tədrislə bağlı fikirlərini bölüşüb. Pandemiyanın yaratdığı çətinliklərdən və bu dövrdə tədrisin təsirindən söz açıb.

Təhsil eksperti Kamran Əsədov layihə və konfransla bağlı danışaraq, sözügedən layihənin Azərbaycan ali təhsil müəssisələri içərisində ilk araşdırma olduğunu qeyd edib. O, Gömrük Akademiyasının pandemiya dövründə fəaliyyətini izlədiyini və yüksək qiymətləndirdiyini deyib.

Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov layihə müəlliflərinə təbriklərini çatdırıb. Layihənin əhəmiyyətini vurğulayan A.Süleymanov təhsilin rəqəmsal transformasiya kontekstində müzakirələrinin aktuallığını bildirib. O, Gömrük Akademiyasının gömrük xidməti kadrlarının hazırlanmasında önəmini qeyd edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov, BMU-nun Tədris işləri üzrə prorektoru Həmzağa Orucov və digər iştirakçılar konfransda çıxış edərək layihənin müasir dövrdə aktuallığını qeyd ediblər.

Konfransda geniş fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular".

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı