MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Bakı, 14 avqust, AZƏRTAC 

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Əməkdar Artisti Ədalət Şükürovun solo konserti olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzin parkında bu yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ədalət Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər.

İki saata yaxın davam edən konsert proqramında Ədalət Şükürov “Nə yaxşı ki, yanımdasan sən” yeni mahnısını da parkda dincələnlərə təqdim edib. Müğənni konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.

Beləliklə, isti yay günləri Mərkəzin parkında daha bir həftəsonu proqramı ilə başa çatıb.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və İnstagram (@heydaraliyevcenter) səhifələrindən izləmək olar.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.