DİM sədri: İmtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq
Bakı, 9 fevral, AZƏRTAC
İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri hazırda həmin tədbirlər barədə məlumat verməyin məqsədəuyğun olmadığını deyib: “Çünki təhlükəsizlik tədbirləri məhz ona görə tətbiq olunur ki, prosesdə iştirak edən şəxslər hansı mərhələdə yenidən yoxlanılacaqlarını bilməsinlər. İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [19:03]
“Əbədiyaşar Səməd Vurğun-120” adlı kompozisiya təqdim olunub
- 09.02.2026 [17:54]
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə
- 09.02.2026 [17:50]
Elm məktəbdən başlayır: UNEC-in təşəbbüsü genişlənir
- 09.02.2026 [17:39]
Agentlik: Ali təhsilli 176 nəfər peşə təhsili müəssisələrinə qəbul olub
- 09.02.2026 [17:07]