Qazaxıstanın yeni Konstitusiyasında vətəndaşların və əcnəbilərin hüquqları dəqiq müəyyənləşdiriləcək
Astana, 9 fevral, AZƏRTAC
Qazaxıstanın yeni Konstitusiya layihəsində insan hüquqları, ölkə vətəndaşları və xarici vətəndaşların hüquqları arasındakı fərqlər dəqiqləşdirilir.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi yanında Qanunvericilik və Hüquqi İnformasiya İnstitutunun direktoru İndira Aubakirova bildirib.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər Konstitusiyanın 14-cü maddəsinin müddəalarına aiddir və Əsas Qanunda insan mərkəzli yanaşma prinsipinin möhkəmləndirilməsinə yönəlib.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları avtomatik şəkildə yaranmır. Bu hüquqlar yalnız Qurultayın səs çoxluğu ilə müvafiq qanun qəbul etdikdə formalaşır. Həmin qanunda bu hüquqların həcmi, onlardan istifadə şərtləri, eləcə də digər şəxslərin və dövlətin bu hüquqların daşıyıcılarına münasibətdə öhdəlikləri dəqiq müəyyən edilir”. Onun sözlərinə görə, bu, dövlət maraqlarını, vətəndaşları və hüquq sisteminin özünü qoruyan ədalətli və şəffaf yanaşmadır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [17:07]
Cənubi Koreya miqrantlar üçün dil biliklərinin yoxlanılmasını sərtləşdirir
- 09.02.2026 [17:05]
Avropa Komissiyası “Meta”ya etiraz bəyanatı göndərib
- 09.02.2026 [15:45]
İsveç hökuməti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir
- 09.02.2026 [15:01]
Sofiya aeroportunda xuliqanlıq edən britaniyalı həbs olunub
- 09.02.2026 [14:45]