Misli Premyer Liqası: “Turan Tovuz” “Karvan-Yevlax”a qalib gəlib
Bakı, 9 fevral, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Tovuz klubunun minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu Alexandro Serrano vurub. O, 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan "Turan Tovuz" hazırda 33 xalla turnir cədvəlində 3-cü pillədədir. "Karvan-Yevlax" isə 6 xalla 12-ci sıradadır.
Günün ilk matçında “İmişli” Qubada “Kəpəz”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 10-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]