REGİONLAR


Kəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilib

Gəncə, 27 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Kəhriz” Tədqiqat və İnformasiya Mərkəzində Kəhriz mühəndislik kursunu bitirən 40 tələbəyə sertifikatlar təqdim olunub.

Tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Meliorasiya və hidrotexniki qurğular kafedrasının müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri keçirilən kurslarda bu sahədə yeni texnologiyaların tətbiqi və kəhriz mühəndisliyi ixtisası ilə bağlı praktiki biliklər qazanıblar.

Kurslar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, “Kəhriz” Tədqiqat və İnformasiya Mərkəzi BMqT-nin Azərbaycan nümayəndəliyi və ADAU arasında əməkdaşlıq çərçivəsində kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması məqsədilə açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.