MƏDƏNİYYƏT
MİLLİ CİZGİ FİLMLƏRİ TOPLUSUNUN TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun birgə hazırladıqları “Bir nağıl söylə mənə” adlı cizgi filmləri toplusunun Muzey Mərkəzində təqdimat mərasimi keçiriləcəkdir.
Azərbaycan animasiyasının 75 illiyinə və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə “Mərhəmətin dadı” yeni cizgi filminin, uşaq rəsmləri sərgisinin nümayişi, rəqs kollektivinin çıxışı da nəzərdə tutulmuşdur.
Uşaq evləri sakinlərinin, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək təqdimat mərasimində “Bir nağıl söylə mənə ” cizgi filmləri toplusu hədiyyə ediləcəkdir.