“Mədəni yenilənmə” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub
Bakı, 16 dekabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzinin Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Mədəni yenilənmə” adlı multidisiplinar layihə çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində reallaşan tədbirin budəfəki qonağı müasir Azərbaycan-rus bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycanın Xalq artisti, bəstəkar Fərəc Qarayev olub.
O, layihə barədə danışıb, iştirakçıları müvafiq mövzularda maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:27]
Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas
- 27.10.2026 [10:50]
Mədəni və yaradıcı sənayelərdə biznesə dəstək – sonuncu panel sessiya
- 27.10.2026 [10:30]
Rejissor Mikayıl Mikayılov: “Turandot” bütöv bir kainatdır – MÜSAHİBƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]