Mərkəzi Bank uşaqlar üçün növbəti yay məktəbi təşkil edib
Bakı, 31 iyul, AZƏRTAC
Mərkəzi Bank uşaqlar üçün növbəti yay məktəbi təşkil edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Bankının iqtisadi maarifləndirmə istiqamətində həyata keçirdiyi və iştirakçıların böyük marağına səbəb olan tədbirlərdən biri də yay məktəbidir. 2016-cı ildən etibarən təşkil edilən yay məktəbi cari ildə 11-13 yaşlı uşaqlar üçün "Maliyyə bacarıqlarını kəşf et!" şüarı ilə təşkil olunub. Tədbirin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planların qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirmək olub.
Yay məktəbində uşaqlara hər günün mövzusuna uyğun təqdimatlar keçirilib, öyrədici videoçarxlar izlədilib və intellektual oyunlar oynadılıb. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar müxtəlif tapşırıqlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılıb.
Qeyd edək ki, budəfəki yay məktəbinə "AccessBank" və "Atəşgah" Sığorta Şirkəti də dəstək verib. Yay məktəbi çərçivəsində iştirakçılar dəstəkləyici qurumların baş ofislərinə də səfər ediblər. Uşaqlara bank xidmətləri və sığorta fəaliyyəti haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Yay məktəbi ərzində iştirakçılar təlim materialları ilə təmin olunub, tədbirin sonunda müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]