Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində gəmiricilərin aktivləşməsinə səbəb olub
Gəncə, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Qış fəslinin mülayim keçməsi taxıl və yonca sahələrində yuva salan siçanabənzər gəmiricilərin aktivləşməsinə səbəb olub. Soyuq havalarda torpağın altında bitkilərin toxumlarını yeyən bu gəmiricilər isti havalarda yuvalarından çıxaraq bitkinin yaşıl kütləsini məhv etməyə başlayır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun apardığı müşahidələrə görə, siçanabənzər gəmiricilərin iki növü - adi və çöl siçanları geniş yayılıb. Bu gəmiricilərin sayı hazırda iqtisadi ziyanlı həddi keçməklə əsasən taxıl əkinlərini məhv edirlər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Elçin Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aparılan müşahidələr nəticəsində respublikanın Mil Qarabağ və Gəncə-Qazax bölgəsinin taxılçılıq təsərrüfatlarında siçanabənzər gəmiricilərin miqrasiyasının artması dəqiqləşdirilib.
Müəyyən edilib ki, həmin sahələrdə xüsusilə çöl siçanlarının miqdarı daha çoxdur. Ona görə həmin gəmiricilərə qarşı “Brodifak” preparatından istifadə etməklə, 1 kiloqram dənə 25-30 qram olmaqla, mübarizə tədbirləri həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı
- 26.05.2026 [23:41]
Aktauda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
- 26.05.2026 [23:26]