Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayanda usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Buna görə də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi...

Havada böyük peşəkarlıq

Azərbaycan Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına quru qoşunlarına, eləcə də digər qoşun növlərinə döyüşlərə hava dəstəyi ilə bağlı tapşırıqlar verilmişdi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı.

Onunla eyni istiqamətdə döyüşən kapitan Coşqun Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov "SPAYK" uzunmənzilli raketlərlə silahlanmış "Mİ-17" helikopterində uçuşlar həyata keçirirdi: "İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı, həmçinin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj üzvlərini xilas etmək üçün onlara “atılın” komandası verdi. Qolundan ağır yaralanan polkovnik hündürlüyünü sürətlə itirən helikopterin yaşayış məntəqəsinə düşməməsi üçün onu boş sahəyə yönəltdi. Son anda helikopteri paraşütlə tərk etməyə nail olsa da, başından ağır zərbə aldı. Helikopterdən vaxtında atılsaydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü".

"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəhid pilot

Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid oldu. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı qəhrəmanın həyatını xilas etmək mümkün olmadı. Onun döyüşlərin ilk günü göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən yayınmadı. Dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik-leytenant Ramiz Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

"Ramiz Hərbi Hava Qüvvələrinin ordu aviasiyasında usta pilot idi. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda uçuşlar həyata keçirmişdi. Bütün yeni növ silahların tətbiqinə buraxılışı vardı. Həm təlimatçı, həm sınaqçı pilot idi", - bunu polkovnik-leytenant Rəşad Nadirov öz pilot yoldaşı haqqında deyir. O bildirir ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun müddət idi təqaüd imkanları əldə etmişdi, Ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki, dövlət bizi oxudub, yetişdirib, biz bu dövlətə canımızı fəda etməliyik. Ordu sıralarından ayrılsaydı, daha yüksək məvacib ala bilərdi, mülki hava yollarında uça bilərdi. Bir neçə xarici dil bilirdi, bir çox fərqlənmələri vardı. Amma qəlbindəki Vətən sevgisi, Qarabağı azad etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı.

Şəhid polkovnik-leytenantın ən böyük arzusu reallaşdı

Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Şəhid polkovnik-leytenantın həyat yoldaşı Günel Qasımova belə deyir: "O hərb işini çox sevirdi, vətənpərvər oğul idi. Onun kimi insanın həyat yoldaşı olduğuma görə şərəf duyuram. Evdə çox az olsa da, hərbi verilişləri izləyər, hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən insan idi. Öz işi barədə danışmağı xoşlamazdı. Aprel, iyul döyüşlərində çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları barədə sonradan xəbər tutduq".

Günel Qasımova deyir ki, Ramiz ailəsinə yalnız xoş xatirələr qoyub getdi: "Mənə, uşaqlara heç vaxt çətinlik yaşatmayıb. Övladlarına həmişə hörmətlə yanaşırdı. İşinin çox olmasına baxmayaraq, vaxt tapıb onların dərsləri ilə maraqlanırdı, gəzməyə aparırdı, qayğıkeş ata idi. Evin hər işini özü həll edir, mənim üzərimdə bir çətinlik qalmırdı. Ona görə, bu gün mənə çətindir, çiyinlərimdə ağır bir yük var. Bilmirəm, onsuz bu yükü daşıya bilərəm, ya yox. Kaş sağ olaydı, Qələbədən özü danışaydı. Vətən sağ olsun".

Oğlunun da hərbçi pilot olmasını arzulayırdı

Günel Qasımovanın sözlərinə görə, Ramiz oğlu Vaqifin də hərbçi pilot olmasını arzulayırdı: "Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir. Onu başqa sahədə görə bilmir, özü kimi vətənpərvər ruhda böyüdürdü. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə uca tutsunlar, layiqli vətəndaş olsunlar. Uşaqlarımızı onun istədiyi kimi böyütməyə, onun adına layiq olmalarına çalışacağam".

Şəhid polkovnik-leytenant Ramiz Qasımovun Vətənə əmanət üç övladı böyüyür. Vaqif, Gülanə və Gülay ataları üçün çox darıxsalar da, onunla fəxr edirlər.

Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gəmisi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına yük aparıb

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: siyasi etimaddan iqtisadi inteqrasiyaya doğru – ŞƏRH

ABŞ-ın Rumıniyada kritik minerallara marağı artır

Azərbaycan süni intellekt və rəqəmsal arxitektura üzrə yeni inkişaf mərhələsinə qədəm qoyur – ŞƏRH

NBA oyununda baş verən insidentə görə 4 basketbolçu cəzalandırılıb

Ənənədən modernizmə: Türk xalqlarının poeziyasında poetik düşüncənin təkamülü

ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir

İfası UNESCO-nun xətti ilə vala yazılan ilk azərbaycanlı musiqiçi

Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb VİDEO

Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb VİDEO

Vətənpərvərlik mövzusunda çəkilən rəsm əsərləri nümayiş olunub

Banqladeşdə hakimiyyətin devrilməsindən sonra ilk ümumxalq referendumu və parlament seçkiləri keçirilir

Çinli tələbə: BDU-nun çoxmədəniyyətli mühiti elmi inkişafıma töhfə verir – MÜSAHİBƏ

Ankarada “Bir dam altında min rəng” festivalında Azərbaycan milli stendlə təmsil olunub

Ekspert: Azərbaycanın Vaşinqtonla da çox əhatəli və dolğun gündəliyi var

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

Böyrəklərdə hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də

Aygün Əliyeva: WUF13-lə bağlı qrant müsabiqələrinin nəticələri 2026-cı ilin birinci rübündə elan ediləcək VİDEO

Aygün Əliyeva: WUF13-lə bağlı qrant müsabiqələrinin nəticələri 2026-cı ilin birinci rübündə elan ediləcək VİDEO

NBA: “Klivlend Kavalyers”dən ardıcıl beşinci qələbə

Qazaxıstanda 2025-ci ildəki nəqliyyat hadisələrinin təhqiqatına yekun vurulub

Bərdə və Tərtər rayon sakinlərinin müraciətlərinə baxılacaq

® “Expressbank” Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlılığı” təlimi keçirib

Milli Kitabxanada “Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi açılıb

Tədqiqatçılardan xəbərdarlıq: Süni intellektin tibbi məsləhətləri təhlükəli ola bilər

Lionel Messi yoldaşlıq oyunu zamanı zədələnib

Dünya birjalarında neft bahalaşıb

Dünya bazarında qızıl 9 dollara yaxın ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 9 dollara yaxın ucuzlaşıb VİDEO

Bolqarıstanda “Şuşa” parkı salınacaq

Anna Soave: WUF13 tərəfdaşlıq üçün mühüm platformadır VİDEO

Anna Soave: WUF13 tərəfdaşlıq üçün mühüm platformadır VİDEO

Cəlilabadda üzərinə ağac aşan sakin xilas edilib VİDEO

Cəlilabadda üzərinə ağac aşan sakin xilas edilib VİDEO

Gülşən Rzayeva: QHT-lər və ictimai fəallar WUF13-də xüsusi rol oynayırlar

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olur

® “ASELSAN” – Türk dünyasının qlobal gücü, Azərbaycanın etibarlı tərəfdaşı

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb VİDEO

Bakıda ötən il 1889 nasaz nəqliyyatın yolda qalması uzunmüddətli tıxaclara səbəb olub

Qusar sakini tüstüdən boğularaq ölüb

Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib

Fevralın 12-si Terrorizm üçün zəmin yaradan zorakı ekstremizmin qarşısının alınması üzrə beynəlxalq gündür

ABŞ-Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidi növbəti diplomatik uğurdur ŞƏRH

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Orban: Avropa Ukraynanı Aİ-yə qəbul etmək əvəzinə, onunla tərəfdaşlığı seçməlidir

Müdafiə naziri: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb

NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqləyib

NATO müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər

Almaniya Kuboku: “Bavariya” yarımfinala yüksəlib

İngiltərə Premyer Liqası: “Liverpul” minimal hesabla qələbə qazanıb

Media: Lazer sınaqları ABŞ hava məkanının bağlanmasına səbəb olub

Nazir: Astana Almaniya ilə Orta Dəhlizin inkişafında maraqlıdır

Şərurda qəza baş verib, 2 nəfər xəsarət alıb

ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır

Almaniyanın müdafiə naziri: Kiyevin 60 milyard avroluq xarici yardıma ehtiyacı var

Fransa: Başıörtülü qadın nifrət dolu hücumlardan sonra susqunluğunu pozdu

Makron: Aİ “tənzimləmə bazarı”na çevrilməmək üçün ortaq Avropa borcuna ehtiyac duyur

İordaniya mediası WUF13 və Azərbaycanın şəhərsalma təcrübəsindən yazıb

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub ŞƏRH

Tramp və Netanyahu İran danışıqlarını müzakirə edib

Zelenskidən vacib açıqlama: Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər

“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır

Ərdoğan: Türkiyə Avropanın müdafiə təşəbbüslərində iştirak etməlidir

Zelenski: Ukraynada seçki prosesinə hazırlıq var

Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb

Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

Azərbaycanın ilk qadın alpinisti növbəti zirvəni fəth edib

Azərbaycan şirkətləri Moskvada “Prodexpo-2026” sərgisində təmsil olunur

Leyla Həsənova: Prezident mükafatı gördüyüm işləri davam etdirmək üçün güclü motivasiyadır - MÜSAHİBƏ

Milli Xalça Muzeyində Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılıb

Bakıda Litvanın Müstəqillik Günü qeyd olunub VİDEO

Bakıda Litvanın Müstəqillik Günü qeyd olunub VİDEO

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

Ağ Evdə Tramp və Netanyahu arasında görüş keçirilir

Almaniya Prezidenti Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərini qəbul edib

“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir

Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib

İqtisadiyyat Nazirliyində Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri ilə görüş olub

“BMW” yanğın təhlükəsinə görə yüz minlərlə avtomobili geri çağırır

Gürcüstan portalında ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair müsahibə dərc edilib

Azərbaycanda “Microsoft”la birgə süni intellekt və rəqəmsal transformasiya üzrə mərkəz qurula bilər

Altı beynəlxalq şirkət Liviyada neft-qaz kəşfiyyatı sahəsində tenderin qalibi olub

Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir VİDEO

Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir VİDEO

Abşeron yarımadasında su hövzələrinin çirklənməsinə qarşı nəzarət tədbirləri gücləndirilir

Avropanın enerji keçidində asılılıqlar və uzunmüddətli strateji manevr imkanları

Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib

Avropa Superliqası layihəsi başlamadan bitib

Malıbəyli və Quşçular faciəsindən 34 il ötür… Qanlı gecənin şahidləri danışır VİDEO

Malıbəyli və Quşçular faciəsindən 34 il ötür… Qanlı gecənin şahidləri danışır VİDEO

Vitse-prezident Vensin səfəri Azərbaycan-ABŞ tərəfdaşlığında yeni və keyfiyyətcə fərqli mərhələ açır RƏY

Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd – Keçmişdən bu günə səyahət

Ər-Riyadda Azərbaycanda saxlanılan ərəbdilli əlyazmaların sərgisi açılıb

Amerikalı ekspert: Xartiya Amerika investisiyalarının Azərbaycana cəlbini nəzərdə tutur VİDEO

Amerikalı ekspert: Xartiya Amerika investisiyalarının Azərbaycana cəlbini nəzərdə tutur VİDEO

Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan respublika konfransı keçiriləcək

Bioloq-alim: Azərbaycanda zəliçilik təsərrüfatları və biofabriklərin yaradılmasına ehtiyac var

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb VİDEO

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb VİDEO

Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-də keçiriləcək

® "PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib

Elmar Hüseyn: Erməni cinayətkarların cəzalandırılması geri qayıtmayan itkilərimizin mənəvi haqqını bərpa edib

Məleykə Abbaszadə: Qəbul proqramı buraxılış imtahanlarının nəticələri əsasında formalaşdırılır

Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir RƏY

Seymur Hüseynov: Ötən il Heydər Əliyev mərkəzlərini 180 mindən çox qonaq ziyarət edib

Azərbaycan ilə ABŞ arasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür

BDU-nun kafedra müdiri: Floranın taksonomik dəqiqliyi və monitorinqi ekoloji təhlükəsizlik üçün əsas şərtdir