Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” olub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.
Yekunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [21:49]
ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir
- 10.02.2026 [16:07]
“Azərbaycanın hərb tarixi” proqramı çap olunub
- 09.02.2026 [12:39]
Azərbaycan nümayəndə heyəti “World Defense Show” sərgisində iştirak edib
- 08.02.2026 [13:57]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 07.02.2026 [12:38]