Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb
Kiyev, 11 fevral, AZƏRTAC
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Ukrayna mediasında geniş işıqlandırılıb.
AZƏRTAC-ın məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər “Ukrinform” dövlət informasiya agentliyində, “Korrespondent”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Yevropeyska Pravda” və digər nəşrlərdə geniş yer alıb.
Məqalələrdə bildirilir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilk dəfə ötən ilin avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar zamanı təqdim edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [21:07]
Bakıda Litvanın Müstəqillik Günü qeyd olunub VİDEO
- 11.02.2026 [21:04]
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
- 11.02.2026 [17:37]
Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olunub
- 11.02.2026 [17:22]