Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib
Astana, 12 fevral, AZƏRTAC
Qazaxıstan Respublikasında vətəndaşların tanış olması üçün yeni Konstitusiyanın yekun layihəsi dərc edilib.
AZƏRTAC-ın Qazaxıstan KİV-lərinə istinadla verdiyi məlumata görə, sənədə əsasən, yeni Konstitusiyanın respublika referendumu yolu ilə qəbul edilməsi təklif olunur və təsdiqlənəcəyi təqdirdə, cari ilin iyulun 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb.
Respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyasının funksiyalarını yerinə yetirən ölkənin Mərkəzi Seçki Komissiyasına, habelə ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]