Tramp və Netanyahu İran danışıqlarını müzakirə edib
Vaşinqton, 11 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı bir görüşün olduğunu və iki ölkə arasında möhtəşəm münasibətlərin davam etdiyini deyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial mediasında yazıb.
“Razılaşmanın əldə edilib-edilməyəcəyinə baxmaq üçün İranla danışıqların davam etdirilməsini təkid etdim. Əgər mümkün olarsa, Baş nazirə bunun üstünlük olacağını bildirdim. Əgər mümkün olmazsa, sadəcə nəticənin necə olacağını görəcəyik”,- deyə Tramp əlavə edib.
O bildirib ki, görüşdə Qəzzada və ümumiyyətlə bölgədə əldə edilən böyük irəliləyiş müzakirə olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]