İDMAN


Vüsal Abdullazadə: Əsas məqsədimiz ölkəmizi dünya kubokunda layiqincə təmsil etməkdir

Bakı, 22 oktyabr, Leyla Qurbanova, AZƏRTAC

Bakıda keçiriləcək budo döyüş növləri üzrə dünya kubokunda komandamızın yüksək səviyyədə çıxışını təmin etmək üçün mühüm tədbirlər görülür. Turnirdə ən güclü idmançılarımız iştirak edəcəklər. Onların öz potensiallarından maksimum istifadə etmələri üçün təlim-məşqlər davam edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Karate-do Akademiyasının prezidenti, dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Vüsal Abdullazadə deyib.

Qeyd edib ki, dekabrın 5-9-da Bakı İdman Sarayında təşkil olunacaq dünya kubokunda idmançılar F1, S-1, semi-kontakt, layt-kontakt, fri-kontakt versiyaları üzrə yarışacaqlar. İştirakçılar arasında, həmçinin kəmər döyüşləri də keçiriləcək.

Turnirdə 20 ölkədən idmançıların çıxış edəcəyini vurğulayan V.Abdullazadə deyib: “Əsas məqsəd ölkəmizi dünya kubokunda layiqincə təmsil etməkdir. İnanırıq ki, təmsilçilərimiz Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb, dövlət himnimizi səsləndirəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.