MƏDƏNİYYƏT


Xalq yazıçısı Afaq Məsud: Gözün aydın olsun, əziz xalqım!

Xalq yazıçısı Afaq Məsud: Gözün aydın olsun, əziz xalqım!

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-u Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs gün münasibətilə ürəkdən təbrik edirəm!

AZƏRTAC xəbər verir ki, bu sözlərin müəllifi, Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qələbə sevincini bölüşərək daha sonra deyib:

“Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Var ol, yaşa, Müzəffər Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.