Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin noyabrı

Bakı, 7 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 noyabr. Prezident Heydər Əliyev Lökbatan qəsəbəsində şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimində nitq söylədi.

2 noyabr. Xətai rayonu ərazisində "Bakı SOS Uşaq Kəndi"nin açılış mərasimində çıxış etdi.

3 noyabr. "Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusunun istifadəyə verilməsi mərasimində iştirak etdi.

5 noyabr. Səbail rayonundakı 17 nömrəli seçki məntəqəsinə gələrək Milli Məclisə seçkilərdə səs verdi.

9 noyabr. ABŞ Prezidentinin və dövlət katibinin Xəzər hövzəsinin enerji məsələlərinə dair xüsusi nümayəndəsi səfir Con Vulfu qəbul etdi.

15 noyabr. XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş əlil idmançılarımızla görüşdü.

25 noyabr. “Azərbaycan mədəniyyətinin dostları” fondunun təşəbbüsü ilə “Uşaqlar gələcəyimizdir” devizi ilə keçirilən xeyriyyə konsertindən sonra görkəmli sənətkarlarla görüşdü.

26 noyabr. Noyabrın 25-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə nitq söylədi.

30 noyabr. MDB üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Minsk şəhərində səfərdə oldu.

X X X

2000-ci il noyabrın 2-də “Bakı SOS Uşaq Kəndi” istifadəyə verildi. Açılış mərasimində çıxış edən Ulu Öndər Azərbaycanda son illər uşaqlara, gənclərə qayğının daim artdığını bildirdi. Qeyd etdi ki, mövcud imkanlardan uşaqlar, gənclər üçün maksimum istifadə olunur və bunun nəticəsi göz qabağındadır. Hər bir millət gərək özünün bu günü, gələcəyi olan uşaqlara, gənclərə qayğı göstərsin. Azərbaycanda kimsəsiz, valideynsiz uşaqlara göstərilən qayğı da ən ümdə vəzifələrdən biridir. Biz çalışırıq ki, bu qayğı günbəgün artsın.

Sitat: “Həm Bakıda, həm də Azərbaycanın başqa məntəqələrində kimsəsiz uşaqlar üçün gözəl uşaq evləri var. Mən şəxsən o uşaq evlərinin bir neçəsində olmuşam... Sizə deyim ki, məni həyatımda bunun qədər sevindirən heç bir şey olmayıbdır. Ancaq deyə bilmərəm ki, biz uşaqlar üçün, yəni bu kimsəsiz, valideynsiz uşaqlar üçün hər şey edə bilmişik. “SOS Kinderdorf İnternəşnl” təşkilatının Azərbaycana gəlməsi - burada deyildi ki, artıq bunlar 140-a qədər ölkədə fəaliyyət göstərirlər, onların qurduqları, yaratdıqları uşaq şəhərcikləri vardır - bizim uşaqlara göstərdiyimiz qayğının və Azərbaycanın beynəlxalq aləmdə artan hörmətinin, ölkəmizə olan diqqətin təzahürüdür”.

Noyabrın 3-də “Azərneftyağ” İstehsalat Birliyində nəhəng bitum qurğusunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirildi. Ulu Öndər tədbirdəki çıxışında bu qurğunun istifadəyə verilməsini müəssisənin həyatında daha bir əlamətdar hadisə adlandıraraq Azərbaycanın neft sənayesinin dirçəldilməsi istiqamətində görülən işlərdən danışdı.

Sitat: “Azərbaycanda neft sənayesi qədim tarixə malikdir və əgər ilk dövrlərdə nefti hasil edənlər bazara, sadəcə, xam neft çıxarırdılarsa, sonralar onu emal edib, neft məhsulları əldə edib dünya bazarına çıxardılar. Biz neft emalı sənayesinə ikinci nəfəs verdik. Neft emalı sənayesini dirçəltmək və dənizdən neft çıxarmanın, ümumiyyətlə, neft və qaz yataqlarının geniş miqyasda işlənilməsi üçün 1994-cü ildə bağlanan ilk müqavilədən sonra Azərbaycanın neft sənayesi müasir səviyyədədir və bundan sonra da inkişaf edəcəkdir”.

Noyabrın 25-də axşam saatlarında Bakı şəhərində 6,8 bal gücündə zəlzələ baş verdi. Bu, Azərbaycanda son yüz ilin ən güclü zəlzələlərindən biri idi. Ulu Öndər zəlzələdən dərhal sonra iş yerinə, Prezident Sarayına gəldi, ertəsi gün isə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müşavirə keçirdi. Müşavirədə zəlzələdən sonra yaranmış vəziyyət, dəymiş ziyanın aradan qaldırılması kimi məsələlər müzakirə edildi, aidiyyəti təşkilatlara bununla bağlı konkret tapşırıqlar verildi.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısı ilbəil artmağa başladı. Həmin dövrdə onların mənzillə, minik avtomobilləri ilə təmin edilməsi kimi nəcib ənənənin təməli qoyuldu. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərin reabilitasiyası və müalicəsi istiqamətində də davamlı addımlar atıldı.

Qarabağ əlilləri üçün tikilən binalardan biri də 2000-ci il noyabrın 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində istifadəyə verildi. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ümummilli Lider Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşmuş gənclərin qəhrəmanlığından söhbət açaraq bunun bütün gənclərimiz, xalqımız üçün örnək olduğunu vurğuladı. Qeyd etdi ki, döyüşlərdə yaralanaraq əlil olmuş vətəndaşlara qayğı göstərmək dövlətimizin əsas vəzifələrindən biridir.

Azərbaycanın hər bir vətəndaşı tək özü haqqında yox, həm də qaçqın vəziyyətində, çadırlarda yaşayan insanlar haqqında düşünməlidir.

X X X

Heydər Əliyevin Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binasının
istifadəyə verilməsi mərasimindəki nitqindən

• Bu ev də, bundan əvvəl tikilmiş yaşayış evi də, başqa işlər də Qaradağ rayonundan Milli Məclisə seçdiyiniz deputat İlham Əliyevin təşəbbüsü, fəaliyyəti nəticəsində, onun yaratdığı Sosial-İqtisadi İnkişaf Fondunun hesabına olmuşdur. Mən arzu edərdim ki, bu təcrübə geniş yayılsın. Mən arzu edərdim ki, insanlar bu təcrübədən faydalansınlar. Çünki indi Azərbaycanda çətin şəraitdə yaşayan vətəndaşlarımızla bərabər imkanlı iş adamları, zənginləşmiş insanlar, şəxsi firmaları olanlar vardır. Biz bunu Azərbaycanda bazar iqtisadiyyatının inkişafının nəticələri kimi qiymətləndiririk. Hesab edirik ki, məhz dövlət mülkiyyətini şəxsi mülkiyyətə çevirmək, özəlləşdirmə prosesini aparmaq, sahibkarlara səmərəli iş görmək imkanı yaratmaq vasitəsilə biz iqtisadiyyatımızı inkişaf etdiririk və sosial məsələlərin həll olunması üçün də çox işlər görə bilirik.

• Ölkəmizin, dövlətimizin problemləri çoxdur. Ancaq bir şeyə əmin ola bilərsiniz ki, son yeddi ildə, xüsusən ötən beş il müddətində gördüyümüz işlər və əldə etdiyimiz nəticələr tam əsas verir mən sizə bəyan edim, sizin qarşınızda deyim ki, biz bir dövlət kimi Azərbaycanı aybaay, ilbəil inkişaf etdirəcəyik, respublikamızın problemlərini həll edirik və həll edəcəyik, öz vətəndaşlarımızın həyat şəraitini, güzəranını yaxşılaşdıracağıq. Azərbaycan vətəndaşlarının hamısının firavan həyat səviyyəsinə gəlib çatacağı gün də çox uzaqda deyildir.

• Hamımızı narahat edən bir məsələ işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, Ermənistanın təcavüzünə son qoyulması və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın öz yerinə qayıtmasıdır. Bu, hamımızın arzusudur. Bu, didərgin düşmüş insanların arzusudur. Bu, eyni zamanda, bütün Azərbaycan xalqının arzusudur. Çünki birincisi, torpaqlarımızın bir hissəsi təcavüz altındadır. İkincisi isə Azərbaycanın hər bir vətəndaşı tək özü haqqında yox, eyni zamanda, ağır vəziyyətdə, qaçqın vəziyyətində, çadırlarda yaşayan insanlar haqqında düşünür və düşünməlidir. Azərbaycanın Prezidenti kimi mən demək olar ki, gecə də, gündüz də bu işlə məşğulam və bu iş məni düşündürür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib