DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib
Bakı, 24 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlar təqdim olunub.
Qeyd olunub ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Jurnalın xüsusi buraxılışında, həmçinin 2025-ci ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib.
“Abituriyent” jurnalını DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Jurnalı, həmçinin www.abiturient.az saytı və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar.
Jurnalın elektron versiyası (PDF formatında) isə www.abiturient.az saytında yerləşdirilib.