Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb
Naxçıvan, 23 avqust, AZƏRTAC
Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində “Mercedes” və “Ssang Yong” markalı avtomobillər toqquşub. Qəza zamanı 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva və 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Nail Əsgərov