Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib
Bakı, 24 avqust, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz öz adını daşıyan dünyanın ən uzun fasiləsiz sahil yolunun açılışını edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gear Junkie” nəşri məlumat yayıb. Məlumata görə, bu marşrut sahil boyunca uzanır və demək olar ki, bütün adanı əhatə edir. Kral şəxsən Şərqi Sasseks hissəsinə baş çəkərək yeni turizm layihəsinə rəsmi start verib. O, marşrutun təxminən 4,3 kilometrini piyada qət edib. O, məşhur "Yeddi Bacı" təbaşir qayalarını ilk dəfə qurudan seyr edib. Əvvəllər dəniz xidmətində olarkən monarx bu qayaları yalnız dənizdən görmüşdü. Bu layihə Kralın ətraf mühitin qorunmasına verdiyi uzunmüddətli dəstəyin növbəti təzahürüdür. Layihənin əsas məqsədi Britaniyanın unikal təbii mənzərələrini insanlar üçün daha əlçatan etmək və gəzinti mədəniyyətini təşviq etməkdir. Yeni cığır ölkənin ən böyük turizm marşrutlarından birinə çevriləcək. Səyyahlar bununla Britaniya sahil xəttini fasiləsiz kəşf edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]