Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar
Bakı, 23 avqust, AZƏRTAC
Bu gün oyun üslubumuzdan kənara çıxmadıq. Qızlar əla mübarizə apardılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Bakıda keçirilən Avropa çempionatında İspaniya yığmasına 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
“Avropa çempionatda zəif rəqib yoxdur. Sadəcə, çəkinmədən döyüşmək lazımdır. Düşünürəm, turnirdə yaxşı şansımız var”, - deyə hücumçu qeyd edib.
Azərbaycan millisi turnirdəki ilk matçında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib. İspaniya komandası isə ilk matçda Belçikaya məğlub olub - 2:3.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyada ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]