Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəliblər.
Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində əldə edib. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]