® ABB-də endirimli cümə fürsətləri
ABB noyabrın son həftəsinə özəl yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində noyabrın 22-dən 25-dək “TamKart” kredit kartı əldə edən müştərilər dekabrın 15-nə kimi onlayn, taksit və birdəfəlik alış-verişlərinin cəmi 100 manatdan 300 manata qədər olduqda 10 manat, 300 manatdan çox olduqda isə 30 manat hədiyyə qazanacaqlar.
Kampaniya bütün “TamKart” kredit kartlarına şamil olunur. Fürsətlər bununla bitmir. Noyabrın 22-dən 25-dək ABB-dən nağd pul krediti əldə edən müştərilər “TamKart debet”, “Azercell kobrend”, “ABB-Miles” debit kartlarını 65 faiz endirimlə əldə edəcəklər. Tək halda “TamKart debet”, “Azercell kobrend”, “ABB-Miles” debit kartlarını əldə edən müştərilər isə 30 faiz endirim qazanacaqlar. Bundan başqa, müştərilər ABB-nin kartları ilə bu müddətdə NLT, “Bytelecom”, “SmartOn” və “ASUS Brandstore” mağazalarında bütün məhsulları 24 ay taksitlə ala biləcəklər. Kampaniya müddətində “ABB miles” və “Azercell kobrend” kartları ilə geyim və elektronika dükanlarında, gözəllik və SPA mərkəzlərində toplam 300 manatdan çox ödəniş edən müştərilər “ABB miles” kartlarına 2000 mil, “Azercell kobrend” kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000 bonus qazanacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.