® “Azercell” könüllü gənclərlə həmrəy oldu
Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağlılıq yaratmaq məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb.
Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir çərçivəsində təşkil olunan əmək yarmarkasında “Azercell” növbəti dəfə gənclərə dəstək olub. Bakı Konqres Mərkəzində baş tutan sərgidə ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkatının üzvləri iştirak edib. “Azercell Telekom” MMC-nin insan resursları departamentinin əməkdaşları şirkətdə mövcud olan vakansiyalar barədə gəncləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablayıblar, işə qəbul qaydaları, həmçinin şirkətdə karyera qurmaq imkanlarından da bəhs ediblər. Qeyd edək ki, “Azercell” fəaliyyətə başladığı andan etibarən insan qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir tələblərə uyğundur. “Azercell” əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadiləsi imkanları yaradır. Hazırda “Azercell”in bütün ofislərində işçilər Ətraf Mühit və Təhlükəsizik, İlkin Tibbi Yardım, Yanğından Mühafizə təlimləri ilə bilgiləndirilir, həmçinin sağlamlıqla əlaqəli aksiyalarda (vaksinasiya, qan testi və sair) fəal iştirak edirlər. Ümumiyyətlə, “Azercell” işəgötürən şirkət kimi hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əməkhaqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan “Azercell” artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib. ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə “Azercell” ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə “Azercell” ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, “Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən “Azercell”i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.