İQTİSADİYYAT
® “Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri maraqlı onlayn müsabiqədə iştirak edib dəyərli hədiyyə qazanmağa dəvət edir.
Dekabr ayının 14-də “Bakcell”in “Facebook” və “Instagram”dakı rəsmi səhifələrində start götürmüş müsabiqəyə qatılacaq abunəçilər simsiz “Apple” “AirPods” qulaqcıqları, “Xiaomi” “power bank” və ya 100 AZN dəyərində hədiyyə kartına sahib olmaq şansını qazanacaqlar.
Müsabiqədə iştirak etmək üçün abunəçilər “Bakcell”in “Instagram”dakı müvafiq postunu, “Facebook”da isə səhifəsini və müvafiq postunu bəyənib “http://bit.ly/daimonline” linkində yerləşdirilmiş çərçivə ilə şelfi çəkməli və öz səhifəsində açıq şəkildə #DaimOnline həştəqi ilə paylaşmalıdır. Çərçivə “Facebook” proqramı vasitəsilə açılır.
Qeyd edək ki, müsabiqədə yalnız “Bakcell” abunəçiləri iştirak edə bilər. Bağlı və saxta (feyk) profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq. Müsabiqə dekabrın 25-də saat 23:59-da bitəcək və qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçilərək dekabrın 26-da elan olunacaq.
Müsabiqə haqqında daha ətraflı məlumat “Bakcell”in rəsmi “Facebook” və “Instagram” səhifələrində yerləşdirilib.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.
“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-“Bakcell” abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.