® Baku Medical Plazanın Babək filialında “İnsult Mərkəzi” fəaliyyətə başladı
Noyabr ayının 11-də mərkəzin açılışı həkim heyətinə təqdim edildi. Tədbiri mərkəzin nevroloqu Uzm. Dr. Aydın Bayramov açdı. O, “İnsult Mərkəzi”nin strukturu, iş mexanizmi barədə qısa məlumat verdi. Tədbirdə həkimlər insult haqqında məlumat verərək insultun ilkin əlamətləri, xəstələrə ilkin tibbi yardımlar barədə danışdılar.
Qeyd edək ki, “İnsult Mərkəzi” 7/24 fəaliyyət göstərəcək. Mərkəzdə ən müasir angioqrafiya cihazı istifadə olunmaqdadır.
İnsultsonrası reanimasiya ehtiyacı olan xəstələr üçün yenilənmiş tam təşəkküllü reanimasiya şöbəsi də istifadəyə verilib.
7/24 İnsult xəstələri üçün Ambulans xidməti ödənişsizdir.
‼️"İnsult"da zaman hər şeydir.