Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Fərhad Şirinov: Xroniki böyrək xəstəlikləri bir çox hallarda gizli inkişaf edir - MÜSAHİBƏ

Bu gün dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir. Dünyada ən çox rast gəlinən xəstəliklər sırasında yer alan böyrək xəstəlikləri Azərbaycanda da sürətlə artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq böyrək xəstəliklərinin səbəbləri və müasir müalicə üsulları ilə bağlı suallarımızı Liv Bona Dea Hospitalın Nefrologiya bölməsinin rəhbəri uzman nefroloq Fərhad Şirinova ünvanladıq.

Fərhad Şirinov 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Daha sonra Türkiyədə nefrologiya, hemodializ və transplantasiya üzrə təhsil alıb. Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında nefroloq, transplat nefroloq kimi fəaliyyət göstərib. Hazırda Liv Bona Dea Hospitalda nefroloq, transplant nefroloq kimi çalışır, eyni zamanda, bu beynəlxalq xəstəxananın Nefrologiya bölməsinə rəhbərlik edir.

- Fərhad həkim, böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərinə nələr daxildir? Kimlər risk qrupundadır?

- 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır. Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hər hansı bir xəstəlik bu orqanın xroniki xəstəliyinə səbəb ola bilər. Dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır. Xroniki pielonefrit, böyrək daşı xəstəliyi düzgün müalicə olunmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalar da bu orqanın fəaliyyətinin pozulmasına gətirir. Ümumiyyətlə, böyrək xəstəlikləri üç qrupa bölünür: Böyrəyin birincilik xəstəlikləri, yəni böyrəyin özünə aid xəstəliklər, ikincisi, hər hansı başqa xəstəlik nəticəsində böyrəyin zədələnməsi, üçüncüsü isə anadangəlmə irsi xəstəliklər. Şəkərli diabet, arterial hipertenziya, soyuqdəymələr, insanın immun sisteminin zəifləməsi, revmatik xəstəliklər, piylənmə kimi problemlər böyrək xəstəliyinin yaranmasına təkan verən əsas amillərdir. Hazırda ən çox yayılanı şəkərli diabet nəticəsində böyrəklərin zədələnməsidir. Qadınlarda sidik yollarının iltihabi xəstəlikləri, piylənmə, hamiləliklə bağlı problemlər də ön sırada dayanır. Kişilərdə isə prostat adenoması zamanı, eləcə də hipertenziya nəticəsində böyrəklərdə problemlər yaranır.

- Böyrək çatışmazlığının əsas əlamətləri hansılardır?

- Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur. İlkin simptomlardan arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olması, gün ərzində sidiyə getmədə dəyişiklər - sidiyin miqdarının artması və ya azalması, gecələr tez-tez sidiyə getmə və ya bu zaman müşahidə edilən yanma, göynəmə, irəli mərhələlərdə halsızlıq, iştahasızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda qıcolma kimi şikayətlər böyrək çatışmazlığının əlamətlərindəndir. Böyrək daşı, böyrəklərin polikistoz xəstəlikləri və böyrək şişləri zamanı isə əsas simptom börəklərdə olan ağrıdır. Bu əlamətlər zamanı xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr isə mütəmadi həkim nəzarətində olmalıdırlar.

- Böyrəklərin funksiyasının pozulması hansı fəsadlara səbəb ola bilər?

- İnsanlar, ilk növbədə, böyrəklərin bədən üçün nə iş gördüyünü bilməlidirlər. Böyrəklərin insan üçün başqa orqanların yerinə yetirə bilmədiyi funksiyaları var. Normal böyrəklərin kompleks requləedici, ekskretor, sintezedici, endokrin, metabolik funksiyaları var. Hemodializ ancaq bu funksiyaların bəzilərini əvəz edə bilər. Sağlam böyrəklər tullantı məhsullarını və toksinləri süzmək, qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdıran eritropoetin ifrazı, qan təzyiqini idarə etməyə kömək edən renin ifrazı və daha çox funksiyaları yerinə yetirir. Böyrəklər yaxşı işləmədikdə bədənin həyati funksiyalarına təsir edir və ürəkdə, ağciyərdə, sümüklərdə problemlər yaradır. Beləliklə, böyrəklərin xroniki xəstəliyi aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksikasiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksəlir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmasa da, ildə heç olmasa iki dəfə yoxlanılmalıdır.

- Hansı xəstələrə əməliyyat vacibdir?

- Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir, dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur. Böyrək çatışmazlığından əziyyət çəkən insanların sağ qalması üçün dializ və ya böyrək transplantasiyası lazımdır. Hər böyrək çatışmazlığı xəstəsi transplantasiya oluna bilmir. Bu zaman dializə ehtiyac yaranır.

- Əvəzedici böyrək terapiyasına nələr aiddir?

- Böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası aiddir. Xroniki böyrək çatışmazlığı olan və böyrək köçürülməsi əks göstəriş olmayan xəstələrin əksəriyyəti transplantasiya üçün uyğun namizədlərdir. Xroniki böyrək çatışmazlığının ən yaxşı müalicəsi böyrək köçürülməsidir. Donoru olan, əks göstərişləri olmayan xəstələrə biz böyrək köçürülməsini məsləhət görürük. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir. İnsan orqan və toxumalarının transplantasiyası, həqiqətən, bəşər tarixində ən böyük nailiyyətlərdən biridir, çünki xəstələr ikinci həyat şansı əldə edirlər. Transplantasiya mümkün olmayan və ya təcili əvəzedici böyrək terapiyası aparılmalı olan xəstələrdə isə dializdən istifadə edirik. Dializ üsulunun hemodializ və ya peritoneal dializ növləri var və xəstəliyin gedişatından asılı olaraq hansı növü seçəcəyimizə qərar veririk.

- Dializ xəstələri nələrə diqqət etməlidirlər?

- Hemodializ alan xəstələr, ilk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər. Böyrək əvəzedici terapiya (hemodializ və peritoneal dializ) qəbul edən xəstələr, xüsusilə maye qəbuluna və pəhrizə ciddi riayət etməlidirlər. Əsas xəstəliyin düzgün korreksiyasıdır. Turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhrizə əməl olunmalı və xəstələr qida rasionlarında duz, fosfor və kaliumla zəngin olan qida məhsullarını məhdudlaşdırmalıdırlar. Eyni zamanda, proteinli qidalar və kalori qəbulunun miqdarı da kifayət qədər olmalıdır. Zərərli vərdişlərdən imtina olunması və sağlam həyat tərzi də vacibdir. Ümumiyyətlə, dializ qəbul edən xəstələrin həyat tərzində heç bir qeyri-adi dəyişikliklər olunmasına ehtiyac yoxdur. Xəstələr ağır fiziki işlər istisna olmaqla əmək fəaliyyətlərini davam etdirə bilərlər. Burada vacib məqam təyin olunan dərmanların vaxtında qəbul edilməsidir. Bu dərmanların qəbulu mütləqdir, sayı və dozası həkim tərəfinfən təyin olunur və buna ciddi riayət olunmalıdır. Əks təqdirdə, geriyədönməz nəticələrə səbəb ola bilər.

- Donora qarşı tələblər hansılardır?

- Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bizim ölkədə hazırda yalnız qohum donorlardan böyrək götürülərək transplantasiya olunur. Meyitdən orqan götürməsi təcrübəsi tətbiq edilmir. Donor sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır. Böyrək donorları üçün minimal yaş həddi 18 yaşdır. 4-cü dərəcəyə qədər yaxın qohumlar və sağlam böyrək funksiyasına malik və ümumi sağlamlıq vəziyyətində olan şəxslər donor ola bilər. Donorun psixi sağlamlığı da böyük əhəmiyyət kəsb edir.

- Həkimə müraciət etmək üçün gecikmiş şəxslərə nə deyərdiniz?

- Çox təəssüf ki, bu, dünyada və Azərbaycanda geniş yayılmış problemdir. Əksər xəstələr böyrəklərdə ciddi zədələnmələr başlayandan sonra nefroloqa müraciət edirlər. Bu zaman isə çox gec olur. Yəni bu mərhələlərdə tədbir görmək çətinləşir. Sidikdə zülal aşkarlanan kimi tədbirlər görülməsə, xəstə müşahidə altına alınmasa, müalicə edilməsə, proses çox ağır fəsada-böyrək çatışmazlığına qədər inkişaf edir. Bunun qarşısını almaq üçün biz ildə 2 dəfə profilaktik olaraq sidik, qan və ultrasəs müayinəsindən keçməyi məsləhət görürük. Bu müayinələr xəstəliyi vaxtında aşkarlamağa və vaxt itirmədən müalicəyə başlamağa imkan verir. Şəkərli diabet, yüksək təzyiq, böyrək daşı, böyrəklərin polikistoz xəstəlikləri, ailəsində hemodializ alan ailə üzvü olan şəxslər mütləq nefroloq nəzarətində olmalıdırlar.

- Yeni orqanla yaşamaq hansı müddətə hesablanır? Orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?

-Orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20 faiz civarındadır. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, dərmanların təsirinə reaksiyası, başqa xəstəliklərinin olması və sairə ilə əlaqədardır. Orqan köçürülməsi əməliyyatından sonra hər şey öz qaydası ilə getdiyi halda xəstələr normal həyatlarına qayıdırlar. Normal cəmiyyətə, ailələrinə, sosial işlərinə, əmək və əqli fəaliyyətlərinə davam edirlər. Transplantasiya olunmuş xəstələr unutmamalıdırlar ki, mütəmadi müayinələrdən keçməklə və dərman preparatlarını qəbul etməklə, sağlam həyat tərzi aparmaqla həmin orqanı qoruyub saxlaya bilərlər. Bədənin yeni orqanı rədd etməsinin qarşısını almaq üçün xəstələrə ömürləri boyu immunosupressantlar adlanan dərmanların qəbulu tövsiyə olunur. Əməliyyatdan sonrakı ilk aylarda böyrəyin yaxşı işləməsini və immunosupressiv dərmanların yaxşı tənzimlənməsini təmin etmək üçün mütəmadi olaraq təkrar müayinələr aparılmalıdır. Böyrəyin funksiyalarına nəzarət olunmalıdır.

-Bu gün hospitalın Nefrologiya bölməsində hansı imkanlar mövcuddur?

- Bizdə yüksək təhsilli və təcrübəyə malik mütəxəssislər, eyni zamanda, müasir texnologiyaya malik cihazlar sayəsində böyrək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır. Bu gün xəstələrimizə müasir nefrologiyanın əsas hissəsi olan - xroniki böyrək xəstəliyi, kəskin böyrək zədələnməsi, anadangəlmə böyrək xəstəliklərinin müalicəsi, eyni zamanda, şəkərli diabet xəstəliyindən sonra yaranan diabetik böyrək xəstəliyi, hipertoniya xəstəliyindən sonra yaranan xroniki böyrək xəstəliyi, böyrək daşı xəstəliyinin dərmanla müalicəsi və ağırlaşmalarının müalicəsi, həmçinin hemodializ müalicəsi, böyrək transplantasiyası, hemodializ üçün mərkəzi venaların katetrların qoyulması, böyrək biopsiyalarının aparılması kimi xidmətlər təklif edirik. Bundan əlavə, böyrək nəqli olunmuş xəstələrin nefroloq tərəfindən izlənilməsi, təcili hemodializ lazım olan xəstələrə 24 saat ərzində hemodializ prosedurlarının aparılması, xroniki hemodializ proqramında olan xəstələrə prosedurların icrası ən müasir aparatlarla həyata keçirilir. Böyrək transplantasiyası lazım olan xəstələrə əməliyyata hazırlıq, böyrək transplantasiya əməliyyatının icra olunması, eyni zamanda, əməliyyatdan sonrakı nefroloji nəzarət Nefrologiya bölməsində müvəffəqiyyətlə həyata keçirilir.

- Sonda böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyələrinizi bilmək istərdik…

- Xroniki böyrək xəstəliklərinin qarşısının alınmasının əsas şərtlərindən biri balanslaşdırılmış qidalanma və normal bədən çəkisinin saxlanılmasıdır. Həzm sistemini həddindən artıq yükləmədən, gün ərzində kiçik porsiyalarla yemək və bol miqdarda təmiz su qəbulu tövsiyə olunur. Həmçinin duz miqdarına da diqqət yetirmək çox vacibdir. Aktiv həyat tərzi də sağlamlığınıza müsbət təsir göstərir. Müntəzəm fiziki fəaliyyət qan təzyiqini normallaşdırmağa, böyrəklərdə qan mikrosirkulyasiyasını yaxşılaşdırmağa və bununla da xroniki böyrək xəstəliyinin riskini azaltmağa kömək edir. Həm qanda şəkərin miqdarını, həm arterial təzyiqi nəzarətdə saxlamaqla böyrəklərin zədələnməsinin qarşısını almaq, ən azı bu prosesi ləngitmək önəmlidir. Böyrəyi zədələyən faktorlardan biri də sidik yolları infeksiyasıdır. Daha çox xanımlarda bu problemlər yarana bilər. Bu da böyrəyi zədələyən faktordur. Ona görə də mütəmadi olaraq sidiyin müayinəsi aparılan zaman orada leykositlərə, bakteriyalara, eləcə də infeksiyaya yol açan faktorlara baxmaq lazımdır. Əgər problem varsa, müalicə aparmaq lazımdır ki, onlar da əlavə olaraq böyrəyi zədələməsin. Alkoqoldan istifadə, piylənmə, artıq çəki metabolizm sindromunun əsas göstəriciləri və daş xəstəliyinin əmələ gəlməsində risk faktorlarıdır. Belə halların qarşısını vaxtında almaq da profilaktik tədbirlər sırasında xüsusi yer tutur. Bizim əsas məqsədimiz orqanlarımızı qorumaq, onların düzgün fəaliyyətinə nail olmaqdır. Elə etmək olar ki, öz böyrəklərimiz ömrümüzün sonuna qədər düzgün şəkildə bizə qulluq etsin.

- Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Fərhad Şirinov, Uzman nefroloq

Əlaqə: +994 50 627 06 99 https://www.instagram.com/nefroloq.farhad_shirinov/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir