İQTİSADİYYAT
® “PashaPay” ilə möcüzələr geri qayıdır! VİDEO
“PashaPay” “Hər ürəyə bir sevinc” Yeni il kampaniyasına start verib.
Yeni il həmişə möcüzə gözləmək və xeyirxahlıq etmək üçün yeni başlanğıclar deməkdir. “PashaPay” bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bizi birləşdirəcək xeyriyyə aksiyasına başlayıb. Məqsəd ehtiyac sahiblərinə yardım etmək, bununla da insanların möcüzələrə inamını geri qaytarmaqdır.
Kampaniyanın şərtləri çox sadədir. “m10” tətbiqində yaradılan “Hər ürəyə bir sevinc. İlin yekunları və yaxşılıq etmək imkanı” bölməsinə daxil olub ödəmələr zamanı yığılan “Umico” bonuslarınız və pulqabındakı şəxsi vəsaitinizdən siyahıda təqdim olunan xeyriyyə fondlarından birinin hesabına ianə köçürə bilərsiniz. Kampaniya yanvarın sonunadək davam edəcək, lakin yardımlar üçün köçürmə həmişə mümkün olacaqdır.
Kampaniya üçün nəzərdə tutulmuş məbləğin tən yarısını “PashaPay” ailəsi ödəyib, digər yarısının isə kampaniya çərçivəsində toplanması ümid edilir.
Tətbiqdəki xeyriyyə fondlarının sayı gələcəkdə artırılacaq və beləliklə “m10” elektron pulqabısı nəinki rahat ödəmə vasitəsi, həm də rahat və şəffaf ianə vasitəsi kimi əhalinin xidmətində olacaq.
Video: https://www.youtube.com/watch?v=X-yxzD4KHcg