İQTİSADİYYAT
® “Ziraat Bank Azərbaycan” böyüməyə davam edir
“Ziraat Bank Azərbaycan” 2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən, 9 aylıq müddət ərzində bankın xalis mənfəəti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 58 faizdən çox artaraq 6 milyon manatı keçib.
Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ilin sonundan bu günədək 12,3 faiz artaraq 436 milyon manata çatıb. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 27 faiz artaraq 104 milyon manatı ötüb. 3-cü rübün maliyyə hesabatının göstəriciləri bankın istər hüquqi, istərsə də fiziki şəxslərin etimadını qazanmağa davam etdiyini isbat edir.
Göstəricilərə əsasən fiziki və hüquqi şəxslərin müddətli depozit portfelində 34 faizə yaxın artım müşahidə olunur. Bankın kredit portfelində də rüb ərzində kifayət qədər müşahidə edilib. Belə ki, kredit portfeli ötən ilin sonundan 29,7 faiz artaraq 300 milyon manata yaxınlaşıb. Qeyd edək ki, artmış portfelin əsas hissəsini biznes kreditləri təşkil edir.
“Ziraat Bank Azərbaycan”ın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirləri 50,72 faiz artaraq 15 milyon manatı, qeyri-faiz gəlirləri isə 84,37 faiz artaraq 9 milyon manatı keçib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə, “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülüb. Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.