® ABB-nin yeni konseptdə qurulmuş “Binəqədi” filialı müştərilərin xidmətində
ABB yeni konseptdə qurulmuş “Binəqədi” filialını istifadəyə verib. Müştərilər üçün daha əlçatan olsun deyə filialın ünvanı dəyişib. “Binəqədi” filialı hazırda gediş-gəliş üçün çox rahat bir yerdə - “Azadlıq” metrosunun yaxınlığında (Süleyman Sani Axundov küçəsi - 42) xidmət göstərir.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin “Binəqədi” filialında kassa-hesablaşma əməliyyatları, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, pulköçürmələri, plastik kartların sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Bankın filiallarının yenilənməsi prosesinin uğurla davam etdirildiyini bildirib: “Ofislərimizin yenilənməsi müxtəlif seqmentlərdən olan müştərilərimizə daha keyfiyyətli xidmət üçün geniş imkanlar yaradır. “Binəqədi” filialı ABB-nin yeni brend kimliyinə uyğun dizayn edilib. Filial və şöbələrimizin ABB-nin yeni brend kimliyinin təcəssümü olan “Müasir, Faydalı, Universal” sloqanına uyğun fəaliyyət göstərməsi bizim üçün çox mühümdür”. O, yaxın müddətdə digər yenilənmiş filial və şöbələrin də açılışının olacağını qeyd edərək, bu prosesin növbəti dövrlərdə də davam edəcəyini vurğulayıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.