İQTİSADİYYAT
"Kapital Bank"dan pulsuz debet kart
Bakı, 7 iyul, AZƏRTAC
"Kapital Bank" "VISA" ödəniş kartı üzrə şərtləri sadələşdirərək müştərilərə ödənişsiz əsasda debet kart təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər hesaba minimum 20 manat ilkin mədaxil etməklə xüsusi dizaynlı "Visa" kartını pulsuz alacaqlar. Hesaba mədaxil edilən vəsait isə daha sonra müxtəlif nağdsız ödənişlər üçün istifadə edilə və ya bankın bankomatlarından nağdlaşdırıla bilər.
Müştərinin istəyinə əsasən, bu kartı cəmi 10 dəqiqə sərf etməklə yerində adsız və ya 3 gün ərzində adlı almaq mümkündür. Kart manat, dollar və ya avro valyutasında 2 il müddətinə "Kapital Bank"ın filiallarında sifariş edilə bilər.
Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyona yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. "Kapital Bank"ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS-terminalı var.