"Neftçi"nin futbolçularına hakimliklə bağlı yeni qaydalar barədə məlumat verilib
Bakı, 18 oktyabr, AZƏRTAC
“Neftçi”nin Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, keçmiş FIFA referisi Orxan Məmmədov çıxış edərək komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.
Seminarda “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və koordinatoru Elşad Əhmədov da iştirak ediblər.