"Rabitəbank" yeni Lombard Plus kreditini təqdim edir
Bakı, 15 mart, AZƏRTAC
"Rabitəbank" yeni Lombard Plus kreditini təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Rabitəbank" 25 illik yubileyi münasibətilə tam yeni və daha sərfəli şərtlərlə Lombard Plus kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində təcili pula ehtiyacı olanlar çox sərfəli şərtlərlə Lombard Plus kreditindən yararlana bilərlər.
İndi hər kəs zamin və ya iş yerindən arayış təqdim etmədən, aylıq cəmi 2,5 faiz olmaqla 25 ay müddətinə, 10.000 AZN-dək Lombard Plus kreditini heç bir komissiya olmadan əldə edə bilər. Lombard Plus kreditini əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsi və təminat üçün qızıl və zinət əşyalarını təqdim etmək kifayətdir.
Lombard Plus kreditini "Rabitəbank" ASC-nin istənilən filialından qısa zaman ərzində əldə etmək mümkündür.
"Rabitəbank"ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün aşağıda göstərilən linkdən daxil olmaq mümkündür: http://bit.do/filiallar
Kampaniya martın 14-dən iyulun 1-dək aktiv olacaq. Kampaniya haqqında ətraflı məlumat: http://bit.do/Lombard-Plus
"Rabitəbank"ın Lombard Plus krediti və digər xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün bankın www.rabitabank.com rəsmi veb-səhifəsinə və ya 133 nömrəli məlumat mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Adi Lombarddan yaxşı, yalnız Lombard Plus ola bilər!
Fəaliyyət göstərdiyi 25 il ərzində "Rabitəbank" ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7-si Bakı şəhərində, 15-si isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.