® “Rabitəbank” POS-terminal şəbəkəsində “UnionPay” kartlarının qəbuluna başlayıb
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin genişləndirilməsi istiqamətində növbəti mühüm yeniliyə imza atıb. Bank “UnionPay International” ilə əməkdaşlıq çərçivəsində POS-terminal ekvayrinq şəbəkəsində “UnionPay” kartlarının qəbuluna başlayıb. Bununla da, artıq “UnionPay” kart sahibləri “Rabitəbank”ın ölkə üzrə geniş POS-terminal şəbəkəsində alış-veriş və xidmət ödənişlərini rahat, sürətli və təhlükəsiz şəkildə ödəyə biləcəklər.
Yeni əməkdaşlıq Azərbaycanda beynəlxalq ödəniş infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, ölkəyə səfər edən milyonlarla xarici vətəndaş üçün ödəniş təcrübəsini daha rahat və əlçatan edir. Eyni zamanda, “Rabitəbank”ın POS-terminal şəbəkəsinə qoşulmuş sahibkarlar heç bir əlavə texniki inteqrasiya tələb olunmadan dünyanın ən geniş kart şəbəkələrindən birinin istifadəçilərinə xidmət göstərmək imkanı qazanırlar.
“Rabitəbank” müasir ödəniş texnologiyalarının tətbiqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi strategiyasını ardıcıl şəkildə davam etdirir. “UnionPay” ilə əməkdaşlıq bankın innovativ ödəniş həllərinin inkişafı, müştəri təcrübəsinin daha da yaxşılaşdırılması və yerli bizneslərin qlobal ödəniş ekosisteminə inteqrasiyasının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
2012-ci ildə təsis edilmiş “UnionPay International” “UnionPay”ın qlobal fəaliyyətinin inkişafı və dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Hazırda “UnionPay” kartları dünyanın 183 ölkə və regionunda qəbul edilir və dünyanın ən böyük kart istifadəçi bazasına transsərhəd ödəniş xidmətləri təqdim edir. Regionda “UnionPay” xidmətlərinə artan tələbi nəzərə alan “Rabitəbank” gələcəkdə də “UnionPay” ilə əməkdaşlığını daha da genişləndirməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.