Abel Məhərrəmov “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir
Bakı, 13 may (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 2011-ci il 27 aprel tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına verdiyi töhfələrinə görə “Avrasiyanın fəxri” medalı və müvafiq diplomla təltif edilmişdir.
Mükafatı BDU-da müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim təqdim etmişdir.
Rektor Abel Məhərrəmov onun fəaliyyətinə verilən qiymətə görə həmkarına və Milli Avrasiya Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlığını çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]