Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın tarixi siması və təbii mühiti: hüquqi məsuliyyət məsələləri

Şuşanın tarixi siması və təbii mühiti: hüquqi məsuliyyət məsələləri

Bakı, 9 sentyabr, AZƏRTAC

Şuşaya səfər edən bəzi turistlərin şəhərdə yerləşən qayaların üzərinə müxtəlif yazılar yazması ilə bağlı yayılan görüntülər cəmiyyətdə haqlı narazılıq doğurub. Bu davranış geniş hüquqi müstəvidə qiymətləndirilməlidir. Çünki söhbət adi turizm məkanından deyil, Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşının mühüm hissəsini təşkil edən Şuşa şəhərindən gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı dosent Zaur Əliyev söyləyib. O qeyd edib ki, Şuşanın tarixi-mədəni əhəmiyyəti onun ərazisində həyata keçirilən fəaliyyətə xüsusi yanaşmanı zəruri edir. Şəhərin tarixi simasının, mədəni irsinin və təbii mühitinin qorunması həm dövlət orqanlarının, həm də burada yaşayan və ya şəhəri ziyarət edən şəxslərin üzərinə müəyyən məsuliyyət qoyur. Bu məsuliyyətin hüquqi əsası Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində də tarix və mədəniyyət abidələrinin xalqın milli sərvəti olduğu vurğulanır.

Şuşanın xüsusi statusu da burada mühüm əhəmiyyət daşıyır. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu Şuşanın tarixi-mədəni irsinin qorunması ilə bağlı xüsusi hüquqi çərçivə müəyyən edir.

Burada inzibati məsuliyyət məsələsi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində cərimə edilir. Eyni maddə üzrə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir.

“Yazıların sonradan silinməsi və ya qayanın əvvəlki vəziyyətinə qaytarılması da məsələnin hüquqi əhəmiyyətini tamamilə aradan qaldırmır.

Məsələnin digər mühüm tərəfi profilaktikadır. Şuşada bu kimi halların qarşısının alınması üçün yalnız cərimə və digər məsuliyyət tədbirlərinə arxalanmaq kifayət etmir. Şəhərə gələn turistlərin xüsusi mühafizə rejimi, tarix və mədəniyyət abidələrinin qorunması, təbiətə münasibət və belə əməllərin hüquqi nəticələri barədə əvvəlcədən məlumatlandırılması da mühüm əhəmiyyət daşıyır. Turizm mədəniyyətinin formalaşdırılması hüquqi məsuliyyət qədər vacibdir.

Şəhərin daşlarına və qayalarına yazılan adlar və müxtəlif ifadələr həmin şəxslər üçün sadəcə xatirə vasitəsi kimi görünə bilər. Lakin bu cür yanaşma bütövlükdə tarixi məkanın qorunmasına ziddir. Bir şəxsin “xatirə” hesab etdiyi hərəkət başqa şəxslər tərəfindən təkrarlanmağa başladıqda şəhərin tarixi və estetik görünüşünə ciddi zərər vurur. Məhz buna görə Şuşada qayaların üzərinə yazı yazılması kimi hallar yalnız “turist davranışı” və ya etik qaydaların pozulması kimi təqdim edilməməlidir. Hadisənin konkret hüquqi tövsifi obyektin statusu və vurulmuş zərər müəyyən edildikdən sonra verilməlidir. Qanunvericilik belə hallarda həm inzibati, həm də müəyyən şərtlər daxilində cinayət məsuliyyəti üçün hüquqi əsaslar müəyyən edir.

Şuşa yalnız bu gün ziyarət edilən bir şəhər deyil, gələcək nəsillərə ötürülməli olan milli irsdir. Bu irsin qorunması isə yalnız dövlət qurumlarının deyil, Şuşaya ayaq basan hər bir şəxsin məsuliyyətidir.

Şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş qədim məskənimiz olan Şuşamızı qorumaq hər birimizin borcudur”, - deyə Zaur Əliyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi 550-dən çox məktəbi əhatə edəcək

“Keçmişin sədası” adlı sərgi açılıb

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Avqustda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 42 mindən çox müraciət daxil olub

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub

Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür

Şuşanın tarixi siması və təbii mühiti: hüquqi məsuliyyət məsələləri

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Bu saata olan əsas xəbərlər

Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

Naxçıvanda “ƏDV geri al” üzrə istehlakçılara 5,5 milyon manatadək vəsait qaytarılıb

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

Dövlət Statistika Komitəsi: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərin 80 illik yubileyinə həsr olunan konfrans təşkil edilib

® “AccessBank” QSC 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tender elan edir

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır

Azərbaycan Praqadakı ERRA koordinatorlarının iclasında təmsil olunub

“Yaşıl gələcək, təmiz məktəb!” – Şagirdlər maarifləndirilib

Parisdə kosmos sammiti: Avropa kosmik yarışda mövqeyini gücləndirməyə çalışır

Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan hər zaman qəlbimdə xüsusi yer tutub MÜSAHİBƏ

Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Qırğızıstan Prezidenti: Ölkədə sabitliyi pozan şəxslərə qarşı sərt tədbirlər görüləcək

Macarıstanda kənd yerlərinin inkişafı üçün yeni dövlət proqramı başlayıb

İraqlı din xadimi: İşğaldan azad edilmiş torpaqlarda olmaq bizim üçün böyük sevincdir

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Saida Safayeva: Dayanıqlı İnkişaf Məqsədlərinin təqdim etdiyi icra çərçivəsini lazımi səviyyədə tətbiq etmirik

Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib

Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

Azərbaycanda ÜDM artıb

Dmitro Şlapaçenko: Azərbaycanda iqlim liderliyinin necə dinamika yarada biləcəyinin şahidi olmuşuq

MÜTDA: Yeni tədris ilinə hazırlıq çərçivəsində 862 məktəbdə təmir aparılıb

Fransada xəstəxanaların əməkdaşları etiraz aksiyalarına başlayıblar

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək

Əmr Musa: Çoxtərəfli sistemdə yaşanan böhran iqlim dəyişmələri ilə bağlı qlobal səylərə də mənfi təsir göstərir

AMEA-nın prezidenti İsa Həbibbəyli Çində fəxri professor seçilib

Sabiq Baş nazir: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı vəziyyət narahatlıq doğurur

Ekspert: PISA nəticələri Azərbaycan təhsilində ciddi irəliləyişin göstəricisidir

Cin Baderşnayder: COP29 fəaliyyətə keçid istiqamətində ilk real təkan oldu

BCAW2026-da üçüncü gün: Öhdəliklər real fəaliyyətə çevrilməlidir VİDEO

BCAW2026-da üçüncü gün: Öhdəliklər real fəaliyyətə çevrilməlidir VİDEO

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi yenidən başlayır

Baş katib: Limanlar sadəcə keçid qapısı deyil, strateji düyünlərdir

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın şəhər nəqliyyatı islahatlarını nümunə kimi təqdim edib

Xaçmazdakı “Təhsil” istirahət mərkəzində 700-ə yaxın tələbənin iştirakı ilə düşərgə təşkil edilib

Milli Məclisin sədri Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar – YENİLƏNİB

Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib

Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad

İsmail Serageldin: İnvestisiya qərarlarının qəbul edilməsi üçün hazır layihələr olmalıdır

“Sülh Aylığı” çərçivəsində yol xəritəsi təqdim olunub

ADY sədri: Hədəfimiz gələn ilin sonunadək aşırma gücünü 300 min TEU etməkdir

"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir VİDEO

Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO